“Düşmən Xankəndindən tank və 100 nəfərə yaxın canlı qüvvə ilə həmləyə keçdi” – Qazi Ənvər Beydiyev döyüş yolunu danışır

2021/09/qazi--1631604682.jpg
Oxunub: 17385     12:45     14 Sentyabr 2021    
44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalı altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Bu müharibədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şücaət nümunələri göstəriblər. Onlardan döyüşlərə qumbaraatan kimi qatılan çavuş Beydiyev Ənvər Çingiz oğlu şərəfli döyüş yolu keçən mərd oğullarımızdan biridir.

Çavuş Ənvər Beydiyev 1992-ci il iyunun 13-də Şəki rayonunun Oxud kəndində anadan olub. 1998-2010-cu illərdə doğma kəndindəki Nurpaşa Hümmətov adına tam orta məktəbdə təhsil alıb.

2010-cu ilin iyul ayından 2012-ci ilin yanvar ayınadək Ənvər Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra 3 il Şəki Rayonlararası Mühafizə Şöbəsində mülki mühafizəçi vəzifəsində işləyib. O, 2016-cı ilin mart ayında Daxili Qoşunlarda müddətdən artıq həqiqi hərbi xidmət etmək üçün sənədlərini verərək, Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi vasitələrin tətbiqi dəstəsində atıcı vəzifəsinə təyin olunub. Həmin ilin dekabr ayında isə xüsusi təyinatlı dəstəyə keçirilib. Xüsusi təyinatlı dəstənin atəş təminatı və xüsusi həmlə qrupunda heyət nəfəri vəzifəsində xidmət edən hərbi qulluqçumuz 2020-ci ilin may ayında xüsusi həmlə qrupunda atıcı-qumbaraatan vəzifəsinə təyin edilib. Vətən müharibəsi başlayana qədər bu vəzifədə xidmət edən Ənvər xüsusi təyinatlıların sırasında torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə qoşulub. Xüsusi təyinatlı kimi də təlim və məşğələlərdə qazandığı təcrübə döyüş sınağında onun köməyinə yetib.

Qazimiz Vətən müharibəsində ön sıralarda döyüşən dəstələrdə olub. Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edib.

2020-ci ilin oktyabr ayının 17-də çavuş Ə.Beydiyev Füzuli rayonunun ərazisində döyüş əməliyyatına cəlb olunub. “Beton post” adlanan ərazidə şiddətli döyüşün getdiyini bildirdi: “Düşmənin artilleriya vasitələrinin atəşinə məruz qaldıq. Çoxlu sayda minaatan mərmisi atılırdı. Lakin düşməni məhv edərək möhkəmləndirilmiş postlarını tutmağa müvəffəq olduq. Bu döyüşdə dəstəmizin hərbi qulluqçusu kiçik gizir Anar Məmmədov qəhrəmancasına şəhid oldu”.

Ənvərin daxil olduğu qrup buradan Cəbrayıl rayonunun ərazisinə göndərilib. İşğaldan azad olunan Cəbrayıl rayonunda axtarış əməliyyatlarında iştirak ediblər.

Digər bölmələrlə yanaşı, bu qrupun da qarşısına qoyulan növbəti döyüş tapşırığı Şuşanın azad olunması olub. Hərbi qulluqçumuz Şuşa döyüşlərində də öz mətinliyi ilə fərqlənib. Ən qaynar nöqtələrdə bacarıqlı, qətiyyətli hərbçi kimi döyüşüb, düşmənə sarsıdıcı zərbələr vurmaqla onu texnika və canlı qüvvə sarıdan itkiyə uğradıb.

Döyüşçülərimiz Şuşaya meşə və dağ keçidlərini aşaraq həmlə ediblər. Ənvərin daxil olduğu qrup bir neçə gün yol qət edərək Şuşanın ətrafına yaxınlaşıb. Şəhərin yaxınlığında əlverişli mövqelərin tutulması, düşmənin köməyə gələ biləcək canlı qüvvəsinin qarşısının alınması tapşırıqları verilib.

Onların qrupu mayor Cavid Tağıyevin rəhbərliyi altında (hazırda “N” saylı hərbi hissədə “Gürzə” şərti adı daşıyan xüsusi təyinatlı dəstənin komandiri) Şuşa ətrafındakı meşəlik ərazidə irəliləyərək Xankəndidən Şuşaya gələn yolu nəzarətə götürmək üçün “Zapravka” deyilən əraziyə istiqamət alıblar. Ənvər burada noyabr ayının 6-da yaxın məsafədə gərgin döyüşlərin getdiyini bildirdi: “Həmin əraziyə çatanda düşmən zirehli texnika ilə bizim qüvvələri atəşə tutmağa başladı. Qrupun tərkibində iriçaplı silahlar az olduğundan, düşmənin zirehli texnikalarına qarşı mübarizə aparmaq çətin idi. Mənim RPQ-7 qumbaraatanı ilə düşmənin zirehli texnikasına atəş açmağım nəticəsində 2 tank zərbə alaraq geri çəkildi. İşğalçıların xeyli sayda canlı qüvvəsi isə məhv edildi. Yaralanan hərbi qulluqçularımız oldu. Düşmən tankından bizim mövqeyə atılan mərminin qəlpələri mayor Cavid Tağıyevi qolundan və ayağından yaraladı. Ona dəstənin feldşeri gizir Aydın Rzayev ilkin tibbi yardım göstərdi. Biz onların şəxsi heyət daşıyan avtomobillərini atəşə tutaraq məhv edirdik. Düşmən iriçaplı silahlarımızın sursatının tükəndiyini başa düşdüyündən, öz hərbi qulluqçularını zirehli texnika ilə aparmağa başladı”.

Qazimiz yaralanmasını belə xatırladı: “Düşmən yaxın məsafədə döyüşdə məğlub olduğundan, uzaq məsafədən mövqelərimizi tank və minaatanlardan atəşə tuturdu. Noyabr ayının 6-da axşam vaxtı Şuşa-Xankəndi yolunda düşmən tankından bizim mövqeyə atılan mərminin partlaması nəticəsində ayaqlarımdan qəlpə yarası aldım. Mənimlə pusquda olan xüsusi təyinatlı qüvvələrin 2 nəfər zabiti də yaralandı. Yaralı vəziyyətdə meşə istiqamətində təxminən 100 metrə kimi süründüm. Meşədə digər yaralılarımızın saxlandığı yerə gəldim. Yaralanmağıma baxmayaraq, bu halda həmin gün və səhəri gün axşama qədər döyüşçü yoldaşlarımla birlikdə döyüşü davam etdirdim. Burada dəstəmizin hərbi qulluqçularından kömək üçün gələn baş çavuş Kənan Kərimov, çavuşlar Mehrac Qarayev və Zamiq Ağayevin də olduğu təxminən 15 nəfərlik qrup yaralılarımızın düşmənə əsir düşməsinin qarşısını almaq üçün mövqelənərək atəş nöqtələri qurmuşdu. Onlar, həmçinin, Xankəndi istiqamətindən Şuşaya gələn işğalçıların qüvvələrini pusquya salaraq məhv edirdilər. Düşmən burada yaralıların və pusqu qrupunun olduğunu müəyyən etdiyindən, tank və 100 nəfərə yaxın canlı qüvvə ilə bizim tərəfə həmləyə keçdi. Sayca üstün olan düşmənə qarşı qorxmadan yaxın məsafədə mübarizə aparırdıq. Düşmən tankının yaxınlaşdığını görən baş çavuş Kənan Kərimov məsafənin təxminən 20 metrliyində tankın qarşısına çıxaraq qumbaraatanla atəş açdı. Bu atışdan zərbə alan tank Xankəndi istiqamətində geri çəkildi. Bundan qorxuya düşüb qaçmağa cəhd edən düşmənin 100 nəfərə yaxın canlı qüvvəsi məhv edildi”.

Ənvər düşmənin bir neçə zirehli texnikasını sərrast atışları ilə sıradan çıxaran, canlı qüvvəsini ciddi itkiyə məruz qoyan, döyüşçülərimizin irəliləməsində hünər göstərən, onunla birlikdə xidmət etmiş baş çavuş Kənan Kərimovun, çavuşlar Mehrac Qarayev və Zamiq Ağayevin xidmətlərinin unudulmayacağını bildirdi.

Hərbi qulluqçumuz noyabrın 8-də döyüş bölgəsindən təxliyyə olunaraq Hadruta gətirilib. Füzuli, Gəncə və Ağcabədidə müalicə alan qazimiz daha sonra müalicəsini Daxili Qoşunların Hərbi Qospitalında davam etdirib. Ənvər burada tibb işçilərinin ona xüsusi diqqət və qayğı göstərdiklərini vurğuladı.

Ənvərin yarımqrup komandiri, 3-cü dərəcəli “Rəşadət” ordeni, “Şuşanın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş baş çavuş Kənan Kərimov onunla birlikdə Şuşa ətrafında bir sıra döyüş tapşırıqlarını yerinə yetirdiklərini söylədi: “Ənvər olduqca vətənpərvər bir hərbi qulluqçu olduğunu döyüş meydanında göstərdi. O, qumbaraatan olduğundan şəxsi heyətdən bir az öndə gedib. Düşmənin bir neçə zirehli texnikasını sıradan çıxarıb. Düşmən texnikasının sıradan çıxarılması nəticəsində döyüşçülərimizin az itki ilə irəliləməsinə imkan yaradıb. Ənvər hətta düşmənin öz silahı - snayperi ilə çoxlu sayda atəş nöqtəsini susdurub”.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli, 25 dekabr 2020-ci il tarixli və 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Ə.Beydiyev “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Hazırda xidmətini davam etdirən çavuş Ə.Beydiyev xidmət etdiyi dəstənin qarşısına qoyulan tapşırıqların yerinə yetirilməsində öz ayıq-sayıqlığı və çevikliyi ilə komandanlıq tərəfindən müsbət xarakterizə olunur. 2021-ci ilin may ayında Azərbaycan sərhəddini pozaraq silahlı insidentdən sonra hadisə yerindən qaçan və Yardımlı rayonunun ərazisində gizlənən İran vətəndaşlarının zərərsizləşdirilməsi üzrə əməliyyatda da fəal iştirak edib.

Belə hərbi qulluqçularımızın fədakar xidməti şəxsi heyət üçün layiqli nümunədir.

Kapitan Sadıq Rəfiyev, DİN-in Daxili Qoşunlarının Muzey rəhbəri
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DİN   DQ   Qazi   Ənvər-Beydiyev   XTD  

“Düşmən Xankəndindən tank və 100 nəfərə yaxın canlı qüvvə ilə həmləyə keçdi” – Qazi Ənvər Beydiyev döyüş yolunu danışır

2021/09/qazi--1631604682.jpg
Oxunub: 17386     12:45     14 Sentyabr 2021    

Bizi "telegram"da izləyin