Ukrayna Prezidentindən ciddi bəyanat: Zəncirin silkələnməsi regionda hiss oluna bilərmi?

2021/09/45-1631355651.jpg
Oxunub: 2407     16:35     11 Sentyabr 2021    
Ukrayna Prezidenti Zelenski Ukrayna ilə Rusiya arasında genişmiqyaslı toqquşma ehtimalının olduğunu bildirib. Zelenski bunun Kremlin siyasətindən və ambisiyalarından qaynaqlandığını qeyd edib.

Ukrayna Prezidentinin ABŞ-a etdiyi səfərdən və ABŞ Prezidenti Baydenlə görüşdən sonra məsələyə bu cür baxması xüsusilə diqqət çəkir. Buna görə də sual yaranır ki, məgər bu şəkildə o, Rusiyanı bu geniş konfliktin mümkünlüyünü “inkar etməyə” və müəyyən dərəcədə bu “inkar”ın məsuliyyəti altına düşmək haqqında düşünməyə, belə desək, vadar etməyə çalışır, yoxsa Zelenski Rusiyanın planları ilə bağlı ABŞ-dan həqiqətən narahatverici məlumatlar alıb?

Əlbəttə, bunu söyləmək çox çətindir, amma Ukrayna Prezidentinin bəyanatı həqiqətən də diqqətə layiqdir. Şübhəsiz ki, Zelenskinin hazırda başqa bir probleminin olduğu da istisna edilmir. Hazırda Əfqanıstan konflikti geosiyasi nəzərləri özünə çəkib və bu da Ukrayna problemini bir qədər diqqətdən kənar qoya bilər. Bu isə məhz Rusiyanın davranışı baxımından da daxil olmaqla bəzi gözlənilməzliyə səbəb ola bilər.

Üstəlik, bu davranış təkcə xarici təhlükə formasında deyil, həm də daxili hibrid şəklində, Ukrayna siyasəti daxilində Zelenski üçün problemlər yaratmaqla ifadə oluna bilər. Bütün bunlar region baxımından nə ilə diqqətə layiqdir? Məsələ burasındadır ki, Ukrayna problemindən Orta Asiya regionuna qədər Rusiya ətrafında tam bir geosiyasi zəncir var ki, bunun da bir halqası Qafqazdır.

Zəncirin hər hansı bir hissəsində özü ilə birlikdə digər halqalarda hərəkətlənməyə səbəb olmayacaq hər hansı bir silkələnmə və ya tərpənmə mümkün deyil. Bu hərəkətlənmənin necə olacağını söyləmək çətindir, lakin buna hazır olmaq lazımdır. Buna görə də Kiyevdən kifayət qədər ciddi ifadə səslənirsə, ən azından onu bütün detallığı ilə nəzərdən keçirmək lazımdır. Təkrarən bildirək ki, xüsusən də söhbət ABŞ Prezidenti ilə görüşdən sonra səslənən ifədən gedir.

Eyni zamanda KİV-lərdə oktyabr ayında İkinci Bayden-Putin görüşünün mümkün olmasına dair məlumatların yayılmasından sonra Ukrayna Prezidentinin Rusiya ilə genişmiqyaslı toqquşmanın mümkünlüyü haqqında danışması halı da bəlkə də diqqətə layiqdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   Rusiya  

Ukrayna Prezidentindən ciddi bəyanat: Zəncirin silkələnməsi regionda hiss oluna bilərmi?

2021/09/45-1631355651.jpg
Oxunub: 2408     16:35     11 Sentyabr 2021    

Bizi "telegram"da izləyin