Tarixdə əbədiləşən şəhid qardaşlar: İman və Bəhrəm Məmmədzadələr

2021/09/6af72-3262689494.jpg
Oxunub: 1039     15:44     15 Sentyabr 2021    
Vətən sevgisi - öz həyatını şəxsi mənafeyini xalq, millət, torpaq yolunda qurban verməyə qadir olan milli-mənəvi dəyərdir. Qəlbi ilə, ruhu ilə Vətəni sevən ulularımız göz qırpmadan Azərbaycan uğrunda canlarından keçməyə hazır olublar.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən etibarən Vətən müharibəsinə başladı. 30 ilə yaxın müddətdə işğalda qalan torpaqlarımız azad edildi, çağdaş tariximizə yeni şanlı tarix yazıldı. Tarixi torpaqlarımız məkrli düşmən tərəfindən işğal olunarkən də, atəşkəs dövründə də zaman-zaman igid oğullarımız şəhid oldu. Torpağı qanı ilə Vətənləşdirən oğullarımız ərazi bütövlüyümüz uğrunda şəhid olsalar da, övladlarının qisasının alınmasını gözləyən neçə gözü yaşlı doğmalarımız var idi. 44 günlük haqq savaşımızda qazanılan Böyük Qələbə ilə bütün şəhidlərimizin qisası alındı. "Dəmir yumruq" əməliyyatı ilə işğala son qoyuldu.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini uca tutmaq, yaşatmaq, doğmalarına yüksək diqqət göstərmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

44 günlük Vətən müharibəsində şəhid olmuş qardaşlar İman və Bəhrəm Məmmədzadələrin evinə ziyarətə getdik. Kəndin girəcəyində şəhid qardaşların adlarını əbədiləşdirmək məqsədilə kompleks salınıb, bu kompleks şəhidlərimizə ehtiramın və onların ölməzliyinin nümunəsidir. Atası Elman kişi qarşıladı. Məğrur duruşu ilə "Allah rəhmət eləsin" fikrimizi başını dik tutaraq "Vətən sağ olsun!" cümləsi ilə tamamlayan şəhid qardaşların atasından şəhidlərimizin həyat və fəaliyyəti haqqında qısa məlumat aldım. "Böyük oğlum İman 1998-ci il sentyabrın 14-də, kiçik oğlum Bəhrəm 2000-ci il aprel ayının 18-də Lerik rayonunda anadan olub. Orta təhsillərini Xəzər rayonu Binə qəsəbəsindəki 117 nömrəli məktəbdə alıblar. Hər ikisi ali təhsilini Rusiyada almışdı. Hər ikisi həddindən artıq vətənpərvər idi, qürbətdə ölkəmizi layiqincə təmsil etməyi də bacarırdılar. Uşaq yaşlarından ikisidə idmana maraq göstərmişdi. İman ağır atletika, Bəhrəm cüdo ilə məşğul olub. Hər ikisi dəfələrlə medal və diplomlarla təltif olunub. Bəhrəm iştirak etdiyi beynəlxalq cüdo yarışının finalında erməni rəqibini məğlub edərək birinci yeri tutmuşdu. Onun qələbəsi naminə üçrəngli bayrağımız ucaldılmışdı. Ali təhsillərini başa vurduqdan sonra ötən il iyunun 5-də Vətənə qayıtdılar. Hərbi xidmətə yola düşdülər. İyulun 29-da hərbi xidmətə yollanan qardaşlar burada dostlar qazanmışdı. Onların dostları bizi unutmurlar, tez-tez ziyarətə gəlirlər. Vətən müharibəsində mənim oğullarım da iştirak etdilər. İman və Bəhrəmin timsalında bütün şəhidlərlə fəxr edirəm. Demək istəyirəm ki, milli ləyaqətimiz məhz qəhrəman oğulların sayəsində mövcud olur. Qürurlanırıq ki, övladlarımız şəhidlik zirvəsinə yüksəliblər. Oğullarım əkiz olmasalar da, bir-birilə nəfəs alırdılar. Onları ölüm də ayıra bilmədi.

2020-ci il oktyabrın 27-də Qırmızı Bazar ətrafında gedən gərgin döyüşlər zamanı şəhid oldular. Döyüşlər vaxtı bir an belə bir-birindən ayrılmayan İman və Bəhrəm döyüşlər boyunca ölümün gözünə dik baxıblar. Komandiri İmana deyəndə ki - siz iki qardaşsınız, bir-birinizi qorumalısınız - oğlum cavab verib ki, burada yüzlərlə qardaşımız var, onların hər biri üçün şəhid olmağa hazıram. Oğullarım haqqında keçmiş zamanda danışmaq çətin olsa da, bilirdim ki, övladlarımın heç biri digərini yalnız qoymazdı. Onların ya hər ikisi evə qayıdacaqdı, ya da hər ikisi şəhid olacaqdı. Təhsilləri də bir, xidmətləri də bir, döyüş yolları da bir, şəhidlikləri də bir. Anaları Hicran xanımla təsəllimiz odur ki, Vətən üçün canını fəda edən iki qəhrəman oğulumuz var. Vətənə layiq iki övlad yetişdirməyimizdi təsəllimiz. Şərəfli ömür yaşadılar. Mənim şəhid oğullarım Zəfər tariximizin bir parçası olaraq daim yaddaşlarda yaşayacaqlar".

Şəhid atası Elman Məmmədzadə döyüşlər vaxtı İman və Bəhrəmin komandirləri ilə görüşünü də xatırladı. "Komandirləri məni qucaqlayaraq dedi ki, döyüşün gedişində Bəhrəmlə birlikdə yaralanıb. Bəhrəm qolundan, komandiri isə ayağından xəsarət alıb. Təkidlə ona xəstəxanaya getmək tapşırılsa da, o, qardaşı İmanı tək qoymayacağını söyləyərək, xəstəxanaya getməkdən imtina edib. İman döyüşlərdə yaralıların və şəhidlərin təxliyəsində iştirak edib. İdmanla məşğul olması onu qorxusuz bir döyüşçü kimi formalaşdırmışdı. Onları bu dünyada ölüm də ayıra bilmədi. Fəxr edirəm Şəhid övladlarımla, təşəkkürümü bildirirəm Ali Baş Komandana.

Hicran xanım da xatirəyə dönən rəsmlərdə və övladlarının şərəfinə salınmış xatirə güşəsində yadigar qalan əşyalara toxunaraq rahatlıq tapdığını dedi. Oğullarımla fəxr edirəm. Ömürlərinin müəyyən qismini qürbətdə keçirməklərinə baxmayaraq, hər zaman Vətən sevgisi ilə yaşadılar, ölkəmizi uğurla təmsil etməyi bacardılar. İstər təhsil ocağında, istərsə də idman sahəsində üçrəngli bayrağımızı layiqincə dalğalandırıblar. İman və Bəhrəm mehribanlıqları və tərbiyələri ilə valideynlərinə layiqli övlad, sədaqətləri ilə el-obaya gərəkli vətəndaş, igidlikləri və cəsarətləri ilə komandirlərinə və əsgər yoldaşlarına əsl silahdaş olaraq hər birimizin başını uca etdilər, adlarını əbədiləşdirdilər. İman və Bəhrəm tək mənim deyil, Azərbaycan xalqının şəhid övladlarıdır. Oğullarımın vətənpərvərlik nümunəsi olaraq gənc nəsil üçün örnək olmaları qəlbimizə bir təskinlik verir.

Uşaqlar arasındakı sevgi və bağlılıq bizi bir valideyn kimi hər zaman qürurlandırıb, hər zaman bir-birlərinə dayaq olmaları bizə könül xoşluğu verirdi. Hətta telefon danışığı zamanı böyük oğlum İmandan "oğlu"nun (Bəhrəmi nəzərdə tutur) sözünə baxıb-baxmamasını soruşardım, Bəhrəmlə danışarkən "ata"nın (İmanı nəzərdə tutur) ona diqqət göstərib-göstərmədiyi ilə maraqlanırdım. Onlarla son söhbətimiz zamanı mənə dedi ki, Ana şəhidlərimizi heç zaman unutmayın, onları daim xatırlayın. Biz o vaxt bunu o qədər də anlamırdıq. Fəxr edirəm onlarla. Onların timsalında bütün şəhidlərimizlə qürur duyuram. Şəhid anası olaraq bütün şəhid analarına demək istəyirəm ki, başlarını dik tutsunlar, məğrur olsunlar. Ölkəmizdə şəhidlərimizə olan diqqət yüksək səviyyədədir. Bu da bizə böyük təsəlli verir. Mənim oğullarımın da şərəfinə qəsəbəmizin girişində şəkil lövhələri vurulub, xatirə güşəsi salınıb. Kənd camaatı da, ölkəmizin müxtəlif yerlərindən bizi ziyarətə gəlirlər.

Otağın hər tərəfində şəhid qardaşların şəkilləri, divarda asılmış fotoları, masa üzərində şəxsi əşyaları, idmanda qazandıqları diplomlar və döyüşlərdə göstərdikləri şücaətə görə təltif edildikləri medalları xatirə olaraq qalır.

Hər iki qardaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Müdafiə Nazirliyinin zabiti Elmar Zeynalabdinov valideynlərə Vətən üçün belə qəhrəman oğullar yetişdirdikləri üçün minnətdarlığını bildirdi. "Vətən uğrunda canını qurban vermək çox böyük fədakarlıq tələb edir ki, öz canları ilə xalqın firavanlığını təmin edən oğullarımıza hər zaman borcluyuq. Onların xatirəsinə yüksək ehtiram göstəririk, keçdikləri həyat yolunu dərindən öyrənməli gələcək nəslə qəhrəmanlıq nümunəsi olaraq təqdim edirik. Hər bir azərbaycanlının qəlbindəki Qarabağ həsrətinin sonlanmasında şəhidlərimiz öz canlarından keçdilər. Biz bir vətəndaş olaraq üzərimizə düşən əsas vəzifə sizləri ziyarət etməkdir, şəhidlərin ruhlarını ehtiramla yad etməkdir, xalqımıza qəhrəman oğullarımızı tanıtmaqdır".

Fuad Cəfərov, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

Tarixdə əbədiləşən şəhid qardaşlar: İman və Bəhrəm Məmmədzadələr

2021/09/6af72-3262689494.jpg
Oxunub: 1040     15:44     15 Sentyabr 2021    

Bizi "telegram"da izləyin