Türkiyəyə Qafqazda kimin zəmanəti lazımdır? - Vaşinqtonun yanaşması dəyişib

2021/09/34-1631343880.jpg
Oxunub: 1921     11:29     11 Sentyabr 2021    
Ermənistan-Türkiyə münasibəti mövzusu ilə bağlı İrəvan və Ankaradan səslənən bəyanatlara, sanki, hələlik yalnız Moskva cavab verib. Adətən həmişə bu mövzunun tərəfdarı olan və mütəmadi olaraq Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının zəruriliyi, tərəfləri bu məsələdə təşviq etmək haqqında danışan Vaşinqtonun susması maraqlıdır.

Xüsusən Ermənistan-Türkiyə protokollarının məlum uğursuz olmuş hekayəsindən sonra bu məsələdə Birləşmiş Ştatların yanaşması dəyişib? ABŞ artıq Ermənistan-Türkiyə tənzimləməsinin sağlam, səmərəli prosesinin mümkün olduğunu düşünmür, yoxsa praktiki olaraq daha geniş uzaqdan idaəetmə məsələsini özünə saxlayaraq Qafqazda etdiyi kimi, bu məsələni də rus-türk formatı çərçivəsinə buraxıb?

Hər halda Birləşmiş Ştatlardan indiyə qədər olan səssizliyi diqqətəlayiqdir, lakin bunun diametral zidd mənaya sahib olması istisna edilmir. Yəni danışmağın mənası yoxdur, hərəkət etmək lazımdır və əgər müəyyən bir iş varsa, sözlər lazımsız olur. Sadəcə Türkiyə və İrəvandan səslənən cəmi bir neçə bəyanatı hər hansı bir işin nəticəsi kimi nəzərdən keçirmək mümkün olduğu müddətcə, bu barədə yalnız fərziyyələr irəli sürmək olar.

Digər tərəfdən bu bəyanatlar özlüyündə müəyyən dərəcədə diplomatik-siyasi işin nəticəsi ola bilər və təsadüfi deyil ki, dərhal və hələlik yeganə cavab verən, diqqətlə izlədiyini və dəstək verməyə hazır olduğunu bildirən Rusiya idi. Beləliklə, Moskva özü haqqında xatırladırdı. Moskvasız mümkün olduğunu düşünmək rasional deyil. Amma digər tərəfdən, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının effektivliyi Moskvanın marağından qaynaqlana bilməzsə, Moskva ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasının effektiv prosesi istiqamətində işləmək mümkündür?

Məsələ burasındadır ki, təsirli proses deməklə ilkin şərtləri olmayan prosesi nəzərdə tutmaq lazımdır. İlkin şərti olmayan proses isə Rusiyanın oyundan, üstəlik regional oyundan kənarda qalması riski demək olacaq. Burada isə sual yaranır ki, Türkiyənin özünün bu cür marağı var və ya buna, yəni Rusiyanı oyundan kənarda qoymağa gedəcək? Qafqazda ondan başqa yeni oyuncu peyda olmayacağına dair zəmanətə sahib olsa, bəli, gedəcək. Türkiyəyə bu cür zəmanəti kim verə bilər?

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Türkiyə  

Türkiyəyə Qafqazda kimin zəmanəti lazımdır? - Vaşinqtonun yanaşması dəyişib

2021/09/34-1631343880.jpg
Oxunub: 1922     11:29     11 Sentyabr 2021    

Bizi "telegram"da izləyin