Fransa-İran dialoqu Cənubi Qafqaz üçün maraqlı ola bilərmi? - BAXIŞ BUCAĞI

2021/09/567-1631271854.jpg
Oxunub: 5037     15:16     10 Sentyabr 2021    
İran Prezidenti İbrahim Rəisi ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutdu. Telefon danışığı zamanı ikitərəfli, eləcə də regional əhəmiyyətli geniş məsələlər müzakirə edildi. İran Prezidenti qeyd etdi ki, Tehran Avropa İttifaqı ilə münasibətin normallaşdırılması istiqamətində gedişata Fransa ilə əlaqədən başlamağa hazırdır.

İki prezident əməkdaşlığı dərinləşdirməyə hazırlıq barədə danışıblar, əlbəttə, İranın nüvə sövdələşməsi məsələsini də müzakirə ediblər. Bu məsələni İran-ABŞ münasibətinin əlavə mürəkkəbliklərə sahib olduğu halda İran-Qərb münasibətinin normallaşdırılmasının müşahidə olunan “xətlərindən” biri kimi nəzərdən keçirmək olar.

Əlbəttə, bu halda Fransanı yalnız “provayder” və ya “tranzit” oyunçu məntiqində nəzərdən keçirmək olmaz. Sözsüz ki, Paris ayrıca strateji, müstəqil maraqlara və buna yönəlmiş siyasətə sahibdir. Lakin diqqətəlayiqdir ki, ABŞ-ın yeni administrasiyasının formalaşdırılmasından bəri Vaşinqton-Paris daha səmərəli və intensiv, daha ahəngdar təssürat buraxan dialoq aparır və Fransa öz strategiyası ilə birlikdə eyni zamanda bir çox məsələlərdə Birləşmiş Ştatların strateji rolunu əvəz etməyə can atır.

Bu meyllər xüsusən İraq istiqamətində də nəzərə çarpdı, orada rəsmi Bağdad açıq-aşkar Vaşinqtonla razılaşdırılmış şəkildə regional təhlükəsizlik formatına təşəbbüs göstərdi. Bu kontekstdə Fransa və İran prezidentləri arasında telefon danışığı da çox diqqətəlayiqdir, çünki bu, Bağdadda keçirilən regional təhlükəsizlik Zirvəsindən bir neçə gün sonra baş verir.

İran, Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və İordaniya da bu Zirvə toplantısına dəvət edilmişdi. Fransa ilk ölkələrdən biri idi və yüksək səviyyədə iştirak etməyə hazır olduğunu bildirmişdi. Fransa əslində birbaşa olaraq regiondan olmamaqla Zirvə toplantısında iştirak edən, özü dən Prezident səviyyəsində iştirak edən müstəsna dövlət idi. Halbuki bəzi ölkələr Xarici İşlər nazirləri səviyyəsində iştirak edirdi.

İran da onlar arasında idi və qısa müddət sonra artıq Fransa ilə İran Prezidentləri arasında telefon danışığı baş tutması diqqət çəkən məqamdır. Şübhəsiz ki, İrəvanda bu meyilləri, xüsusən də İran-Fransa münasibətlərinin perspektivini ciddi analiz edilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Fransa   İran  

Fransa-İran dialoqu Cənubi Qafqaz üçün maraqlı ola bilərmi? - BAXIŞ BUCAĞI

2021/09/567-1631271854.jpg
Oxunub: 5038     15:16     10 Sentyabr 2021    

Bizi "telegram"da izləyin