“Taliban”ın blitzkriqi: Region ətrafında köklü dəyişiklik

2021/08/42743-1628669048.jpg
Oxunub: 7758     16:09     18 Avqust 2021    
Avqustun 15-də dünya Kabilin süqutunu diqqətlə izləyirdi, bunun nəticəsində Əfqanıstan praktiki olaraq “Taliban” qiyamçılarının tam nəzarəti altına keçir. ABŞ və NATO müttəfiqlərinin bu ölkədə hərbi varlığını dayandırmasından sonra hərəkat Əfqanıstanda hakimiyyətə qayıdır. Hazırda yalnız Kabil beynəlxalq hava limanı müttəfiqlərin nəzarətindədir, bu da diplomatlarını və digər vətəndaşlarını Əfqanıstandan sağ-salamat çıxarmaq üçündür.

“Taliban” 2001-ci il sentyabrın 11-də Nyu-Yorkdakı terrordan sonra Əfqanıstan istiqamətində hərbi kampaniya və 20 illik hərbi varlığı nəticəsində itirdiyi hakimiyyəti demək olar bir anda götürdü. Hərəkatın sürətli qayıdışı bəlkə də hərəkatın Əfqanıstanda, belə desək, böyük xalq dəstəyinə sahib olduğundan xəbər verir, əks təqdirdə ABŞ və NATO-nun müdaxilə etməməsi halında belə sırf hərbi baxımdan bu cür sürətli keçid kifayət qədər çətin olardı.

Beləliklə, Mərkəzi Asiya regionunda özündən hədisiz dərəcədə çox mürəkkəb düyün təqdim edən yeni vəziyyət yaranır. Hazırda yaranan düyündə birbaşa oyunçular olan İran, Çin, Rusiya, Türkiyə, Pakistan hər biri öz riski və problemləri kontekstində “Taliban”la razılığa gəlməyə çalışırlar. Lakin, yumşaq desək, bu razılaşmaların nə qədər sabit və etibarlı olacağını söyləmək çətindir. Məsələ burasındadır ki, Əfqanıstana qayıdan “Taliban” sürətli hərbi və ya hərbi-siyasi blits-kriqinə baxmayaraq, indi özünü tam şəkildə qurmaq, sükanı ələ almaq və sabitləşmək üçün bir qədər zamana ehtiyac duyur. Buna görə də, “Taliban” da bu çoxtərəfli razılaşmalarda maraqlıdır.

Hərəkat Əfqanıstan hakimiyyəti statusunda möhkəmləndikdən, habelə daha böyük həcm və ambisiyalarla regional oyuna cəlb edildikdən sonra nə edəcək? Çin, İran, Rusiya, Türkiyə və ya Pakistanla razılaşmalar nə qədər davam edəcək? Və mümkün “çöküş” və “Taliban” ambissiyası hansı istiqamətdə hərəkət edəcək? Məsələ burasındadır ki, bir qayda olaraq radikal totalitar qapalı rejimlər bu məkan ambisiyaları olmadan etibarlı və güclü ola bilməzlər.

Buna görə də “Taliban” yalnız Əfqanıstanla məhdudlaşa bilməz. Əfqanıstanda baş verənlər Cənubi Qafqazda çox uzaq görünə bilər, lakin məsələ ondadır ki, Qafqaz ətrafında geniş hərbi-siyasi mühiti kökündən dəyişdirir, dəyişikliklər gətirir və bu, region ölkələri üçün həm müsbət, həm də mənfi və təhlükəli istiqamətdə inkişaf edə bilər.

Ümidverici o olar ki, Orta Asiya yeni regional vəziyyətində Rusiya nəhayət Qərblə müttəfiqlikdə alternativə sahib olmamaq qənaətinə gəlsin. Çünki əks halda əvvəlcə Orta Asiyanın postsovet ölkələri, sonra birbaşa olaraq Rusiya istiqamətində radikalizm dalğasını dayandırmaq praktik olaraq mümkünsüz olacaq. Çin və ya Türkiyə ilə həll yolları axtarmaq Moskva üçün olduqca müvəqqəti, perspektivdə isə eynilə təhlükəli olacaq. Və bu həllər region üçün də təhlükəli olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Taliban   Ermənistan  

“Taliban”ın blitzkriqi: Region ətrafında köklü dəyişiklik

2021/08/42743-1628669048.jpg
Oxunub: 7759     16:09     18 Avqust 2021    

Bizi "telegram"da izləyin