Xankəndidə fövqəladə vəziyyət: nə su, nə də qaz var

2021/08/29888-1628936677.jpg
Oxunub: 9079     15:25     14 Avqust 2021    
“Xankəndidə su və qazla bağlı fövqəladə vəziyyət var”.

Ordu.az xəbər verir ki, bunu qondarma qurumun “nümayəndəsi” Hunan Tadevosyan deyib.

“Əvvəlki illərdə su çatışmazlığı problemi yox idi, çünki köçürülmüş sakinlərin əksəriyyəti indi Xankəndiyə qayıdıb və buna görə də su sərfiyyatı artıb. Hava istidir, quraqlıqdır, nəticədə də suyu toplamağı və buraxmağı çatdırmırıq”, - deyə Tadevosyan qeyd edib.

Hunan Tadevosyan şəhərdə qazın kəsilməsinə toxunaraq qeyd edib ki, qaz su kimi tamamilə kəsilməyib, müəyyən saatlarda verilir.

Qondarma qurumun digər “nümayəndəsi” Qaqik Poğosyan qeyd edib ki, son 40 gündə Xankəndidə yağışlar yağmayıb, hava temperaturu isə 30 dərəcədən aşağı düşməyib.

“Bundan başqa, Xankəndi şəhərində 10-15 min köçürülmüş sakin yaşayır. Yəni, müharibədən əvvəl Xankəndidə 60-61 min insan yaşayırdısa, hazırda 75 min insan yaşayır. Təbii olaraq su sərfiyyatı artıb və şəhəri təmin edən sular da azalıb. Buna görə də bu xaoslu vəziyyət yaranıb. Hazırda şəhərin 30 faizində su yoxdur. Qalan 70 faizi saxlamağa çalışırıq ki, o da azalmasın. Şəhərdə suyun olmadığı məhəllələrdə 5 maşınla gündəlik olaraq sakinlərə su paylayırıq. Artıq Sovet İttifaqından qalan iki artezian quyusunu istismar etmişik. Qalanını tapmağa və istismar etməyə davam edirik”, - deyə o bildirib.

Poğosyanın sözlərinə görə, bənzər vəziyyət olmayıb, avqustun 7-dən indiyə qədər su problemi ilə üzləşiblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xankəndi   Su-qıtlığı  

Xankəndidə fövqəladə vəziyyət: nə su, nə də qaz var

2021/08/29888-1628936677.jpg
Oxunub: 9080     15:25     14 Avqust 2021    

Bizi "telegram"da izləyin