Qarabağda ölən erməni əsgərin ailəsi: “Müharibə keçdi, heç nə olmadı, hərbi hissədə özü-özünü öldürdü?”

2021/08/23526-1628765621.jpg
Oxunub: 8631     14:01     14 Avqust 2021    
İyulun 26-da axşam Rusiya sülhməramlılarının müvəqqəti olaraq nəzarəti altında olan Azərbaycan ərazilərindən birində yerləşdirilmiş qanunsuz “hərbi birləşmə” hərbi qulluqçusu, Ermənistanın Armavir vilayətinin Myasnikyan kəndinin sakini, 44 günlük müharibənin iştirakçısı Sarkis Qriqoryan ölüb.

Ermənistan İstintaq Komitəsi “səhlənkarlıqla hərbi qullqçunu intihar həddinə çatdırmaq” maddəsi ilə cinayət işi açıb.

Ölmüş erməni hərbi qulluqçunun ailəsi Ermənistan İstintaq Komitəsinin tələsik yaydığı intihar versiyasını ananın üzünə atılmış şəxsi təhqir kimi qəbul edir. Sarkis Qriqoryan 44 günlük müharibədə iştirak edib, yaralanıb, ayağından və daxilindən xəsarətlər alıb.

Müharibədən sonra sağalıb, daha sonra onu Vayk hərbi hissəsinə göndəriblər. Orada 15 gün qulluq etdikdən sonra Qriqoryanı Qarabağa göndəriblər.

Ölmüş erməni hərbi qulluqçunun anası oğlunun ölüm şəraiti haqqında heç nə öyrənə bilməyib.

“Mənə dedilər ki, diviziya “naçalnik”i, qərargah rəisi ilə konflikt olub, lakin nə konflikti olduğunu bilməmişəm. Bir şey olub. Müharibə keçdi, heç nə olmadı, hərbi hissədə özü-özünü öldürdü?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Qarabağda ölən erməni əsgərin ailəsi: “Müharibə keçdi, heç nə olmadı, hərbi hissədə özü-özünü öldürdü?”

2021/08/23526-1628765621.jpg
Oxunub: 8632     14:01     14 Avqust 2021    
İyulun 26-da axşam Rusiya sülhməramlılarının müvəqqəti olaraq nəzarəti altında olan Azərbaycan ərazilərindən birində yerləşdirilmiş qanunsuz “hərbi birləşmə” hərbi qulluqçusu, Ermənistanın Armavir vilayətinin Myasnikyan kəndinin sakini, 44 günlük müharibənin iştirakçısı Sarkis Qriqoryan ölüb.

Ermənistan İstintaq Komitəsi “səhlənkarlıqla hərbi qullqçunu intihar həddinə çatdırmaq” maddəsi ilə cinayət işi açıb.

Ölmüş erməni hərbi qulluqçunun ailəsi Ermənistan İstintaq Komitəsinin tələsik yaydığı intihar versiyasını ananın üzünə atılmış şəxsi təhqir kimi qəbul edir. Sarkis Qriqoryan 44 günlük müharibədə iştirak edib, yaralanıb, ayağından və daxilindən xəsarətlər alıb.

Müharibədən sonra sağalıb, daha sonra onu Vayk hərbi hissəsinə göndəriblər. Orada 15 gün qulluq etdikdən sonra Qriqoryanı Qarabağa göndəriblər.

Ölmüş erməni hərbi qulluqçunun anası oğlunun ölüm şəraiti haqqında heç nə öyrənə bilməyib.

“Mənə dedilər ki, diviziya “naçalnik”i, qərargah rəisi ilə konflikt olub, lakin nə konflikti olduğunu bilməmişəm. Bir şey olub. Müharibə keçdi, heç nə olmadı, hərbi hissədə özü-özünü öldürdü?”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin