Ermənistanda qəza nəticəsində VOMA terror təşkilatının üzvləri yaralanıb

2021/08/voma-1628160483.jpg
Oxunub: 2092     14:47     05 Avqust 2021    
Avqustun 4-də Ermənistanın Sünik vilayətində böyük avtoqəza baş verib.

Ordu.az xəbər verir ki, saat 19:15 radələrində 32 yaşlı H.K idarə etdiyi "Toyota Hilux 3.0D" markalı avtomobillə Qaragöl-Akner avtomobil yolunun 6-cı kilometrliyində hələlik naməlum şəraitdə avtomobilin idarəetməsini itirib, yolun hərəkət zolağından sağ tərəfə çıxıb, kurqana çırpılıb və aşıb.

Qəza nəticəsində H.K. və sərnişinləri, Qeğarkunik vilayəti sakini, 40 yaşlı A.Saradyan və İrəvan sakini 45 yaşlı V.Poğosyan tibbi yardım almaq məqsədilə "Gorus" tibb mərkəzinə aparılıb.

Məlumata görə, qeyd olunan avtomobil İrəvanda fəaliyyət göstərən "Əsl məktəb" təhsil-mədəniyyət fondunun balansındadır, xəstəxanaya aparılanlar isə Vova Vardanovun VOMA terror təşkilatının üzvləridirlər. Onlar təkcə Aprel döyüşlərində yox, həm də 44 günlük müharibədə terror-təxribat aktlarında aktiv iştirak ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   VOMA   Qəza  


Ermənistanda qəza nəticəsində VOMA terror təşkilatının üzvləri yaralanıb

2021/08/voma-1628160483.jpg
Oxunub: 2093     14:47     05 Avqust 2021    
Avqustun 4-də Ermənistanın Sünik vilayətində böyük avtoqəza baş verib.

Ordu.az xəbər verir ki, saat 19:15 radələrində 32 yaşlı H.K idarə etdiyi "Toyota Hilux 3.0D" markalı avtomobillə Qaragöl-Akner avtomobil yolunun 6-cı kilometrliyində hələlik naməlum şəraitdə avtomobilin idarəetməsini itirib, yolun hərəkət zolağından sağ tərəfə çıxıb, kurqana çırpılıb və aşıb.

Qəza nəticəsində H.K. və sərnişinləri, Qeğarkunik vilayəti sakini, 40 yaşlı A.Saradyan və İrəvan sakini 45 yaşlı V.Poğosyan tibbi yardım almaq məqsədilə "Gorus" tibb mərkəzinə aparılıb.

Məlumata görə, qeyd olunan avtomobil İrəvanda fəaliyyət göstərən "Əsl məktəb" təhsil-mədəniyyət fondunun balansındadır, xəstəxanaya aparılanlar isə Vova Vardanovun VOMA terror təşkilatının üzvləridirlər. Onlar təkcə Aprel döyüşlərində yox, həm də 44 günlük müharibədə terror-təxribat aktlarında aktiv iştirak ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   VOMA   Qəza  


Bizi "telegram"da izləyin