“Hraparak”: Ermənistan hakimiyyəti Qarabağdan əlini üzüb

2021/08/Nikol-1628157240.jpg
Oxunub: 1090     15:48     05 Avqust 2021    
Ermənistan parlamentinin daimi komissiyalarının sırasına daha biri əlavə olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Parlamentin əksəriyyəti “Şərəfim var” blokuna qoşulmaq və barəsində ötən həftə fraksiyanın rəhbəri Artur Vanetsyanın danışdığı Qarabağ məsələsi üzrə daimi komissiya yaratmaq qərarına gəlməyib, artıq fəaliyyət göstərən sağlamlıq və sosial məsələlər daimi komissiyasını ayırmaq və sağlamlıq, sosial məsələrlə məşğul olan 2 ayrıca komissiya yaratmaq barədə qərar qəbul edib.

Layihə birinci sessiyanən gündəliyinə daxil edilib və qarşıdakı günlərdə müzakirə olunacaq.

“Əslində isə komissiyaların sayını artırırlar ki, müxalifətin Qarabağ məsələləri üzrə komissiya yaratmaqla bağlı təklifini “qanunun hərfinə uyğun şəkildə” rədd etsinlər. Bu o deməkdir ki, bu hakimiyyət Qarabağ məsələsini həll edilmiş hesab edir və bu baxımdan hansısa öhdəlik hiss etmir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


“Hraparak”: Ermənistan hakimiyyəti Qarabağdan əlini üzüb

2021/08/Nikol-1628157240.jpg
Oxunub: 1091     15:48     05 Avqust 2021    
Ermənistan parlamentinin daimi komissiyalarının sırasına daha biri əlavə olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Parlamentin əksəriyyəti “Şərəfim var” blokuna qoşulmaq və barəsində ötən həftə fraksiyanın rəhbəri Artur Vanetsyanın danışdığı Qarabağ məsələsi üzrə daimi komissiya yaratmaq qərarına gəlməyib, artıq fəaliyyət göstərən sağlamlıq və sosial məsələlər daimi komissiyasını ayırmaq və sağlamlıq, sosial məsələrlə məşğul olan 2 ayrıca komissiya yaratmaq barədə qərar qəbul edib.

Layihə birinci sessiyanən gündəliyinə daxil edilib və qarşıdakı günlərdə müzakirə olunacaq.

“Əslində isə komissiyaların sayını artırırlar ki, müxalifətin Qarabağ məsələləri üzrə komissiya yaratmaqla bağlı təklifini “qanunun hərfinə uyğun şəkildə” rədd etsinlər. Bu o deməkdir ki, bu hakimiyyət Qarabağ məsələsini həll edilmiş hesab edir və bu baxımdan hansısa öhdəlik hiss etmir”, - deyə nəşr yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ  


Bizi "telegram"da izləyin