Ermənistanda XİN rəhbəri təyin etmək müddəti başa çatır, lakin yekun qərar yoxdur

2021/06/45454-1622531197.jpg
Oxunub: 535     14:44     05 Avqust 2021    
Səkkizinci çağırış Ermənistan parlamentinin ilk iclasından dörd gün sonra bir nazir kürsüsü boşdur. Söhbət Ermənistan Xarici İşlər naziri vəzifəsindən gedir. Hazırda Armen Qriqoryan nazirin birinci müavini olsa da, Nikol Paşinyan sanki onu və ya başqasını bu vəzifəyə təyin etməyə tələsmir.

Konstitusiyaya görə, Nikol Paşinyanın hökumət qurmaq üçün beş günü var, yəni bu müddət sabah bitir və qərar qəbul etmək lazımdır, amma bu, o qədər də asan olmayacaq.

“Joğovurd” nəşri yazır ki, Rusiya tərəfi Armen Qriqoryanın bu vəzifəyə təyin olunmasının əleyhinədir. İndi hakimiyyətin qərarı yeddinci çağırış parlamentin sədri Ararat Mirzoyanın üzərində dayanıb. O, Rusiya tərəfi üçün daha məqbul namizəddir, lakin yekun qərar hələ də qəbul edilməyib.

Hökumətin tam görünüşü demək olar hazır olsa da, ən vacib rəsmini tapa bilmirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN  


Ermənistanda XİN rəhbəri təyin etmək müddəti başa çatır, lakin yekun qərar yoxdur

2021/06/45454-1622531197.jpg
Oxunub: 536     14:44     05 Avqust 2021    
Səkkizinci çağırış Ermənistan parlamentinin ilk iclasından dörd gün sonra bir nazir kürsüsü boşdur. Söhbət Ermənistan Xarici İşlər naziri vəzifəsindən gedir. Hazırda Armen Qriqoryan nazirin birinci müavini olsa da, Nikol Paşinyan sanki onu və ya başqasını bu vəzifəyə təyin etməyə tələsmir.

Konstitusiyaya görə, Nikol Paşinyanın hökumət qurmaq üçün beş günü var, yəni bu müddət sabah bitir və qərar qəbul etmək lazımdır, amma bu, o qədər də asan olmayacaq.

“Joğovurd” nəşri yazır ki, Rusiya tərəfi Armen Qriqoryanın bu vəzifəyə təyin olunmasının əleyhinədir. İndi hakimiyyətin qərarı yeddinci çağırış parlamentin sədri Ararat Mirzoyanın üzərində dayanıb. O, Rusiya tərəfi üçün daha məqbul namizəddir, lakin yekun qərar hələ də qəbul edilməyib.

Hökumətin tam görünüşü demək olar hazır olsa da, ən vacib rəsmini tapa bilmirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN  


Bizi "telegram"da izləyin