“Global Times”: Rusiya və Çin ABŞ-ın təzyiqi səbəbindən hərbi əməkdaşlıq qura bilər

2021/08/aa2c9-1628156635.jpg
Oxunub: 866     16:09     05 Avqust 2021    
Rusiya 9-13 avqust tarixlərində Çinin şimal-qərbində yerləşən Ningxia Hui bölgəsindəki Qingtongxia bazasında təlimlərinə qoşulmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Çinin nüfuzlu “Global Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, təlimlərin məqsədi Çin ilə Rusiya arasında strateji tərəfdaşlığı gücləndirməkdir. Hər iki ölkədən bir neçə təyyarə, artilleriya və zirehli maşın modelləri birgə kəşfiyyat, radioelektron hücum və zərbə qabiliyyətini təkmilləşdirmək üçün təlimə qatılacaq.

“Çin və Rusiya arasında yeni bir dövr üçün hərtərəfli strateji tərəfdaşlıq və koordinasiya kontekstində Pekin və Moskva hərbi sahədə qarşılıqlı etimad yaratmalıdır. Bundan əlavə, ABŞ-ın başçılıq etdiyi Qərb ölkələrinin təzyiqləri davam etdiyi üçün iki ölkə daha sıx hərbi əməkdaşlıq qurmaq məcburiyyətində qalırlar. Vaşinqtonun dünyada daha da böyük bir xaosa səbəb olmasına cavab olaraq, Pekin və Moskva birgə ABŞ-a gələcək regional işlərə qarışmaması lazım olduğunu açıq şəkildə bildirməlidir”, - deyə nəşr bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   ABŞ  


“Global Times”: Rusiya və Çin ABŞ-ın təzyiqi səbəbindən hərbi əməkdaşlıq qura bilər

2021/08/aa2c9-1628156635.jpg
Oxunub: 867     16:09     05 Avqust 2021    
Rusiya 9-13 avqust tarixlərində Çinin şimal-qərbində yerləşən Ningxia Hui bölgəsindəki Qingtongxia bazasında təlimlərinə qoşulmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə Çinin nüfuzlu “Global Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, təlimlərin məqsədi Çin ilə Rusiya arasında strateji tərəfdaşlığı gücləndirməkdir. Hər iki ölkədən bir neçə təyyarə, artilleriya və zirehli maşın modelləri birgə kəşfiyyat, radioelektron hücum və zərbə qabiliyyətini təkmilləşdirmək üçün təlimə qatılacaq.

“Çin və Rusiya arasında yeni bir dövr üçün hərtərəfli strateji tərəfdaşlıq və koordinasiya kontekstində Pekin və Moskva hərbi sahədə qarşılıqlı etimad yaratmalıdır. Bundan əlavə, ABŞ-ın başçılıq etdiyi Qərb ölkələrinin təzyiqləri davam etdiyi üçün iki ölkə daha sıx hərbi əməkdaşlıq qurmaq məcburiyyətində qalırlar. Vaşinqtonun dünyada daha da böyük bir xaosa səbəb olmasına cavab olaraq, Pekin və Moskva birgə ABŞ-a gələcək regional işlərə qarışmaması lazım olduğunu açıq şəkildə bildirməlidir”, - deyə nəşr bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin   ABŞ  


Bizi "telegram"da izləyin