Şəhidlərin xatirəsi yad edilib - FOTOLAR (VİDEO)

2021/08/3c08b-1628150980.jpg
Oxunub: 2046     11:50     05 Avqust 2021    
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərərək şəhid olmuş gizir Ələkbərov Naiq Faiq oğlunun ailəsi ziyarət olunub.

Ordu.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə şəhidin xatirəsi ehtiramla yad edilib, hörmətlə anılıb. Vətən üçün belə cəsur oğul böyütdüklərinə görə şəhidin valideynlərinə dərin minnətdarlıq ifadə olunub. Cəsur döyüşçünün xatirəsini yad etməyə gələnlər Naiq Ələkbərovun evində düzəldilmiş “Şəhidlər ölməz - Vətən bölünməz” guşəsinə baxıblar. Guşəyə cəsur döyüşçünün bir vaxtlar oxuduğu kitablar, fotoları, müxtəlif illərdə xidmətdə fərqləndiyinə görə aldığı fəxri fərmanlar və Vətən müharibəsində qəhrəmanlığı sayəsində layiq görüldüyü orden və medallar qoyulub.

Gizir Naiq Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidlyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” , “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Sonda gizir Naiq Ələkbərovun valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində “Şəhidlər ölməz” adlı tədbirlər silsiləsindən şəhid İlkin Zülfüqarovun və Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Anım mərasimində hər iki şəhidin həyat və döyüş yolundan bəhs edən video-çarx nümayiş etdirilib. Çıxış edənlər İlkin Zülfüqarov və Naiq Ələkbərovla bağlı olan xatirələrini dilə gətiriblər.

Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən mahnılar ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto

Teqlər: Müdafiə-Nazirliyi  

Şəhidlərin xatirəsi yad edilib - FOTOLAR (VİDEO)

2021/08/3c08b-1628150980.jpg
Oxunub: 2047     11:50     05 Avqust 2021    

Bizi "telegram"da izləyin