“1in.am”: İran səfirinin səfərindən şişirdilmiş və birtərəfli gözləntilər olmamalıdır

2021/08/43-1628153220.jpg
Oxunub: 649     13:14     05 Avqust 2021    
İranın Ermənistandakı səfirinin Qeğarkunik sərhəd sektoruna avqustun 3-də etdiyi səfər Ermənistan internetində böyük diqqətə səbəb olub, böyük həvəslə Ermənistanın mövqeyinə dəstək kimi nəzərdən keçirilib.

“1in.am” nəşri yazır ki, əslində bu cür təsəvvürlərin regional müvcud vəziyyətlə heç bir əlaqəsi yoxdur.

“Bu, İrana qarşı dostluq və ya istəksiz münasibət üçün bir səbəb və ya bir fürsət deyil. Sadəcə, Fransadan olduğu kimi, eyni şəkildə İrandan və ümumiyyətlə, hər hansı digər potensial strateji tərəfdaşdan və dost ölkədən məntiqsiz, şişirdilmiş və birtərəfli gözləntilər olmamalıdır.

İran üçün xüsusilə indi olduqca ciddi problemlər var, bu probemlərdə Türkiyə və Azərbaycan vacib əhəmiyyətə malik olacaq. Buna görə də Tehranın mövqeyini Ankara və Bakının əks zonasında, eləcə də Ermənistan səhədində, əlbəttə, şərti olaraq sərhəddə nəzərdən keçirməyin mümkün olduğunu düşünmək siyasi cəfəngiyat və ya qeyri-adekvatlıqdır.

Ermənistanda İran-Ermənistan-Gürcüstan-Bolqarıstan, Yunanıstan formatının iş müzakirəsi, eləcə də Fars körfəzi-Qara dəniz ideyası ilə əlaqədar uzaq kompnentli müzakirə baş tutmuşdu. Son görüşün yaxın gələcəkdə Bolqarıstanda olacağı elan edilirdi. Bu istiqamətdə hansı hərəkət olduğu və İranın yeni prezidentinin vəzifəni üzərinə götürməsi ilə əlaqədar vəziyyətin gözləmə rejimində olub-olmaması maraqlıdır”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Ermənistan  

“1in.am”: İran səfirinin səfərindən şişirdilmiş və birtərəfli gözləntilər olmamalıdır

2021/08/43-1628153220.jpg
Oxunub: 650     13:14     05 Avqust 2021    

Bizi "telegram"da izləyin