“Azərbaycanlılar Tsakaten yolundan 4-5 metr məsafədədirlər”

2021/08/SSADD-1628148523.jpg
Oxunub: 1137     15:34     05 Avqust 2021    
“Dekabrdan öz mövqelərində sürətli şəkildə mühəndis işləri həyata keçirməyə başladılar, texnika işləyib, bundan başa düşdük ki, yol açırlar, bir ay ərzində hər şeyi təşkil ediblər”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Tsakaten icmasının rəhbəri Ara Harutyunyan deyib.

Erməni icma başçısının sözlərinə görə, onlar azərbaycanlılara çox yaxındırlar, təhlükəsizlik problemi var.

“Belə davam etsə, kənddə adam qalmayacaq. Mən hər gün Tsakatenə gedirəm, gəlirəm və hər gün azərbaycanlılar 4-5 metr məsafədə mənə əl edirlər”, - deyə o bildirib.

Harutyunyanın sözlərinə görə, ən yaxın Azərbaycan mövqeyi kənddən 650-700 metr uzaqlıqdadır.

“Dekabrdan öz mövqelərində sürətli şəkildə mühəndis işləri həyata keçirməyə başladılar, texnika işləyib, bundan başa düşdük ki, yol açırlar, bir ay ərzində hər şeyi təşkil ediblər. Bizim yolumuzu təmir etmək üçün artıq 3 aydır bütün müvafiq orqanlara müraciət ediblər ki, təmir etsinlər, hələ cavab yoxdur. Allah uzaq eləsin, müharibə başlasa, bu yol bizə çox lazım olacaq. Gözləyirik, amma mümkündür ki, bir gün daha gözləyə bilməyək”, - deyə icma başçısı qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Azərbaycan   Sərhəd  

“Azərbaycanlılar Tsakaten yolundan 4-5 metr məsafədədirlər”

2021/08/SSADD-1628148523.jpg
Oxunub: 1138     15:34     05 Avqust 2021    

Bizi "telegram"da izləyin