Ermənistanda müharibəni araşdıran komissiyanın işini müxalifətə verməyi təklif edirlər

2021/07/42549-1627629098.jpg
Oxunub: 602     11:19     05 Avqust 2021    
“Ermənistan parlemantinin “Hayastan” fraksiyası 44 günlük müharibənin detallarını araşdırmaq üçün yaradılacaq istintaq komissiyasının fəaliyyətinin müxalifətə veriləcəyi təqdirdə onu səmərəli hesab edəcək”.

Ordu.az xəbər verir ki, bunu fraksiyanın rəhbəri, Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan bildirib.

Ohanyan istintaq komissiyası yaratmaq ideyasının hər zaman müxalifət tərəfindən ifadə edildiyini, həm “Vətənin Qurtuluş Hərəkatı”nın, həm də “Hayastan” blokunun proqramlarında olduğunu xatırladıb.

“Bu, ilk müxalifətin ideyası olub”, - deyə o bildirib.

Ohanyan qeyd edib ki, əks təqdirdə müxalifət müvafiq iştirakın tam araşdırılmasını təmin edəcək bir fakt araşdırma qrupu yaratmaq təşəbbüsü ilə çıxış edəcək.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan hökumətin müharibənin detallarını araşdırmaq üçün komissiya qurmağı planlaşdırdığını bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Komissiya  


Ermənistanda müharibəni araşdıran komissiyanın işini müxalifətə verməyi təklif edirlər

2021/07/42549-1627629098.jpg
Oxunub: 603     11:19     05 Avqust 2021    
“Ermənistan parlemantinin “Hayastan” fraksiyası 44 günlük müharibənin detallarını araşdırmaq üçün yaradılacaq istintaq komissiyasının fəaliyyətinin müxalifətə veriləcəyi təqdirdə onu səmərəli hesab edəcək”.

Ordu.az xəbər verir ki, bunu fraksiyanın rəhbəri, Ermənistanın sabiq Müdafiə naziri Seyran Ohanyan bildirib.

Ohanyan istintaq komissiyası yaratmaq ideyasının hər zaman müxalifət tərəfindən ifadə edildiyini, həm “Vətənin Qurtuluş Hərəkatı”nın, həm də “Hayastan” blokunun proqramlarında olduğunu xatırladıb.

“Bu, ilk müxalifətin ideyası olub”, - deyə o bildirib.

Ohanyan qeyd edib ki, əks təqdirdə müxalifət müvafiq iştirakın tam araşdırılmasını təmin edəcək bir fakt araşdırma qrupu yaratmaq təşəbbüsü ilə çıxış edəcək.

Qeyd edək ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan hökumətin müharibənin detallarını araşdırmaq üçün komissiya qurmağı planlaşdırdığını bəyan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə   Komissiya  


Bizi "telegram"da izləyin