Hindistanın ilk yerli aviadaşıyıcısının dəniz sınaqları başlayıb

2021/08/INS-V-1628145420.jpg
Oxunub: 658     13:43     05 Avqust 2021    
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən ilk yerli aviadaşıyıcının dəniz sınaqları başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə HDQ-nin mətbuat xidməti məlumat yayıb.

“INS Vikrant” adlanan aviadaşıyıcının 2022-ci ildə istifadəyə verilməsi gözlənilir.

Gəminin inşasında polad, silah və sensorların 70%-dən artığı Hindistan daxilində istehsal edilib.

Dizayn fəaliyyətinə ilk dəfə 1999-cu ildə başlanan “Vikrant” 2013-cü ilin avqust ayında təqdim edilib.

260 metr uzunluğunda olan “INS Vikrant”ın eni 60 metr və subasımı 37500 tondur. Gəminin ümumilikdə 30-a qədər döyüş təyyarəsi və helikopter daşıya biləcəyi qeyd olunur.

“INS Vikrant” Hindistan Hərbi Dəniz Qüvvələrinin idarə edəcəyi dördüncü aviadaşıyıcı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HDQ   INS-Vikran  


Hindistanın ilk yerli aviadaşıyıcısının dəniz sınaqları başlayıb

2021/08/INS-V-1628145420.jpg
Oxunub: 659     13:43     05 Avqust 2021    
Hindistan Hərbi Dəniz Qüvvələri (HDQ) üçün inşa edilən ilk yerli aviadaşıyıcının dəniz sınaqları başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə HDQ-nin mətbuat xidməti məlumat yayıb.

“INS Vikrant” adlanan aviadaşıyıcının 2022-ci ildə istifadəyə verilməsi gözlənilir.

Gəminin inşasında polad, silah və sensorların 70%-dən artığı Hindistan daxilində istehsal edilib.

Dizayn fəaliyyətinə ilk dəfə 1999-cu ildə başlanan “Vikrant” 2013-cü ilin avqust ayında təqdim edilib.

260 metr uzunluğunda olan “INS Vikrant”ın eni 60 metr və subasımı 37500 tondur. Gəminin ümumilikdə 30-a qədər döyüş təyyarəsi və helikopter daşıya biləcəyi qeyd olunur.

“INS Vikrant” Hindistan Hərbi Dəniz Qüvvələrinin idarə edəcəyi dördüncü aviadaşıyıcı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   HDQ   INS-Vikran  


Bizi "telegram"da izləyin