Bayden silah ixracatı siyasətində dəyişiklik etməyi planlaşdırır

2021/08/7fb54-1628145040.jpg
Oxunub: 682     15:55     05 Avqust 2021    
ABŞ Prezidenti Co Baydenin rəhbərlik etdiyi adminstrasiya silah ixracatı siyasətində dəyişiklik etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, yeni dəyişikliklə silah ixracatına nəzarət daha sərt olacaq. Adminstrasiya silah ixracatında insan haqlarına daha çox diqqət yetirəcək.

Dövlət Departamentindən olan mənbələr silah ixracatı ilə bağlı yeni dəyişikliklərin tezliklə Konqresə göndəriləcəyini bildirib.

Təklif olunan dəyişikliyin təfərrüatları hələ dəqiqləşməyib və ixracat üçün daha uyğun olan digər idarələrə göndərilir.

Müşahidəçilər bu dəyişikliyin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin silah satışlarına təsir edə biləcəyini deyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Silah-İxracı  


Bayden silah ixracatı siyasətində dəyişiklik etməyi planlaşdırır

2021/08/7fb54-1628145040.jpg
Oxunub: 683     15:55     05 Avqust 2021    
ABŞ Prezidenti Co Baydenin rəhbərlik etdiyi adminstrasiya silah ixracatı siyasətində dəyişiklik etməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi öz mənbələrinə istinadən yazıb.

Qeyd olunur ki, yeni dəyişikliklə silah ixracatına nəzarət daha sərt olacaq. Adminstrasiya silah ixracatında insan haqlarına daha çox diqqət yetirəcək.

Dövlət Departamentindən olan mənbələr silah ixracatı ilə bağlı yeni dəyişikliklərin tezliklə Konqresə göndəriləcəyini bildirib.

Təklif olunan dəyişikliyin təfərrüatları hələ dəqiqləşməyib və ixracat üçün daha uyğun olan digər idarələrə göndərilir.

Müşahidəçilər bu dəyişikliyin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin silah satışlarına təsir edə biləcəyini deyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Silah-İxracı  


Bizi "telegram"da izləyin