"Bütün istiqamətlərdə 500-dən çox betondan tikilmiş uzunmüddətli atəş nöqtəsi olub" - Ohanyan

2021/08/24712-1628077230.jpg
Oxunub: 7692     16:02     04 Avqust 2021    
"2018-ci ildən sonra da mühəndis işləri davam edib, lakin keçmişdə görülən işlərlə müqayisə etmək qəbuledilməzdir".

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin "Hayastan" fraksiyasının rəhbəri, Ermənistanın keçmiş Müdafiə naziri Seyran Ohanyan deyib.

Qeyd edək ki, Ohanyan 2008-16-cı illərdə Ermənistanın müdafiə naziri olub.

"İlk böyük mühəndislik işləri 1996-98-ci illərdə, ikinci ən böyük işlər 2003-06-cı illərdə, 2008-ci ildən sonra isə Ermənistan sərhədləri daxilində genişmiqyaslı işlər görülüb. Bütün istiqamətlərdə 500-dən çox betondan tikilmiş uzunmüddətli atəş nöqtəsi olub, əlavə olaraq səngərlər, tank əleyhinə vallar, yollar çəkilib", - deyə Ohanyan bildirib.

Onun sözlərinə görə, aprel döyüşləri zamanı yalnız 20 kilometrlik bir hissədə hücum baş verib.

Ohanyan qeyd edib ki, o vaxt müxalif xadim olan Nikol Paşinyan Aprel döyüşlərindən sonra onun yanına gəlib.

"Ofisimdə sual verdi ki, necə olub ki, Aprel döyüşlərindən sonra əvvəlki illərlə müqayisədə daha çox iş görmüşük? Düyməni sıxdım və ordu komandiri ilə danışdım, ona sual verdim ki, neçə kilometr tank əleyhinə quyu qazılıb? Mənə cavab verdi ki, 483 kilometr. Dedim indi nə qədər inşa etmisən? Dedi 6.7 kilometr. İndi necə olur ki, keçmişdə daha az iş görülüb?", - deyə o bildirib.

Ohanyan, həmçinin Aprel döyüşləri zamanı strateji-operativ-taktiki səviyyədə kəşfiyyatla bağlı problemlərin olmadığını bildirməklə əslində Serj Sarkisyanın vaxtilə dediklərini təkzib edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MN   Mühəndislik-işləri  

"Bütün istiqamətlərdə 500-dən çox betondan tikilmiş uzunmüddətli atəş nöqtəsi olub" - Ohanyan

2021/08/24712-1628077230.jpg
Oxunub: 7693     16:02     04 Avqust 2021    

Bizi "telegram"da izləyin