“Ermənistan KTMT-nin müsbət amil olduğunu istisna etməyə məcburdur”

2021/08/dsdfs-1628074093.jpg
Oxunub: 592     10:57     05 Avqust 2021    
44-günlük müharibə və bunun ardınca baş verən sərhəd gərginliyi KTMT-nin süni səbəblərdən öhdəliklərini yerinə yetirməkdən yayındığını sübut edir. Ermənistan öz təhlükəsizliyi kontekstində KTMT-nin müsbət amil olduğunu istisna etməyə məcburdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın üç partiyası bəyanat yayıb.

Bəyanatda həmçinin deyilir: “Ölkəmiz üçün tamamilə lazımsız olan bu struktur başqa təhlükəsizlik strukturunun, yəni NATO-nun üzv ölkələrindən, xüsusən də ABŞ və Fransadan əhəmiyyətli dəstək alınması yolunda ciddi maneədir, halbuki bu cür dəstək vasitəsilə ordumuzu 21-ci əsrin problemlərinə tab gətirməyə qadir bir ordu halına gətirmək mümkündür. Buna görə də Ermənistan hökumətini qətiyyətlə çağırırıq:

Ermənistanın KTMT-də qarşıdakı sədrliyi zamanı 2020-ci il müharibəsi və Ermənistan sərhədlərinə Azərbaycanın müdaxilələri zamanı KTMT-nin hərəkətsizliyinin və öhdəliklərin yerinə yetirilməməsinin səbəbləri haqqında aydın şəkildə sənədləşdirilmiş açıqlama tələb etmək.

KTMT sədrliyi zamanı KTMT-nin üzv ölkələrinin Azərbaycan və Türkiyəyə silah və hərbi əhəmiyyətli hər hansı məhsulun satışını, peyk xidmətlərinin göstərilməsini tamamilə dayandırmağa borclu olduğu ilə bağlı təcili olaraq yazılı müqavilə imzalanmasını tələb etmək və buna nail olmaq.

Birinci və ikinci bəndlərin tam təmin edilməməsi halında dərhal KTMT-dən çıxmaq proseduru ilə nəzərdə tutulmuş, rəsmi, sürətləndirilmiş prosesə başlamaq.

Ermənistanın KTMT-yə üzvlüyü amilini istisna edərək dərhal Ermənistan Respublikasının yeni təhlükəsizlik konsepsiyasının (doktrinasının) hazırlanması prosesinə başlamaq.

Mikayel Hayrapetyan - Mühafizəkar partiyası

Tiqran Xzmalyan - Ermənistanın Avropa partiyası

Davit Sanasaryan – “Suveren Ermənistan” partiyası”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   KTMT  

“Ermənistan KTMT-nin müsbət amil olduğunu istisna etməyə məcburdur”

2021/08/dsdfs-1628074093.jpg
Oxunub: 593     10:57     05 Avqust 2021    

Bizi "telegram"da izləyin