Qorvaçovun Qarabağ məsələsi ilə bağlı ikiləməsi

2019/12/12440-1576574160.jpg
Oxunub: 6201     12:32     05 Avqust 2021    
Sovet İttifaqının sonuncu rəhbəri Mixail Qorbaçov ötən gün “Rusiya qlobal siyasətdə” jurnalına “yenidənqurma” ilə bağlı geniş məqaləsində artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsinə də toxunub və Qarabağla bağlı əvvəlki açıqlamalarına zidd olan bir bəyanat verib.

“Münaqişənin kökləri köhnədir, məni sərhədlərin yenidən çəkilməsi vasitəsilə buna nail olmağın mümkün olduğuna inandırmağa çalışmalarına baxmayaq, o vaxt bunun sadə həlli yox idi və indi də yoxdur. Ölkə rəhbərliyində yekdil fikir olub: bu, qəbuledilməzdir. Düşünürdüm ki, Qarabağın statusu ətrafında razılığa nail olmaq ermənilərin və azərbaycanlıların işidir, ittifaq mərkəzinin rolu isə onların vəziyyətinin həlli məsələsində, xüsusən də iqtisadi problemlərin həlli işində kömək etmək idi. Əminəm ki, bu, düzgün xətt idi”, - deyə Qorbaçov məqaləsində yazıb.

Keçmişdə o bildirirdi ki, Sovet imperiyasının son illərində, ölkə başçısı olanda və Qarabağda separatçılıq fəaliyyəti başlayanda ölkə rəhbərliyinin ermənilərin hüququnu tanımadığından və Dağlıq Qarabağ Muxtar Vilayətinə status vermədiyindən təəssüf edir. 2010-ci ilin martında “Azadlıq radiosu”na verdiyi müsahibəsində Qorbaçov bənzər bəyanat vermişdi.

“Mənə elə gəlir ki, Dağlıq Qarabağı dəstəkləmək, status vermək lazım idi. İqtisadi cəhətdən də dəstəkləmək lazım idi, elə etmək lazım idi ki, insanlar İrəvanla rahat əlaqə yarada bilsinlər”, - deyə 2010-ci ildə “Azadlıq radiosu”na verdiyi müsahibəsində Sovet İttifaqının sonuncu rəhbəri demişdi. Qorbaçov on il əvvəl suala cavab verərək Qarabağa “respublika” statusu verməyi təklif etdiyini də söyləmişdi, lakin sonra alınmadığını əlavə etmişdi. Həmin o gün, 2010-cu il martın 5-də Mixail Qorbaçov demişdi ki, 80-ci illərdə Qarabağ problemini həll etmək bəlkə də mümkün olardı, bu gün isə Qarabağın yenidən Azərbaycan tərkibində olmasını təsəvvür etmək mümkün deyil.

Qorbaçov son məqaləsində iddia edirdi ki, SSRİ 1991-ci ilin avqustunda dövlət çevrilişinə cəhd və Belovej razılığı səbəbilə dağılıb. O yazır ki, Rusiya, Ukrayna və Belarus rəhbərləri 1991-ci il dekabrın 8-də xalqın 1991-ci il 17 mart referendumunda ifadə olunan iradəsinə zidd olaraq Sovet İttifaqına son qoyan Belovej razılığını imzalayıblar.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qorvaçov   Qarabağ  

Qorvaçovun Qarabağ məsələsi ilə bağlı ikiləməsi

2019/12/12440-1576574160.jpg
Oxunub: 6202     12:32     05 Avqust 2021    

Bizi "telegram"da izləyin