Əfqanıstanda bundan sonra nə olacaq? – İCMAL

2021/08/http-1628072367.jpg
Oxunub: 2656     14:21     04 Avqust 2021    
ABŞ prezidenti Co Bayden ABŞ qoşunlarının sentyabrın 11-nə - Nyu York və Vaşinqtonda törədilən terror aktlarının 20-ci ildönümünə qədər Əfqanıstandan çıxarılması barədə qərar qəbul edib. Mayın əvvəlindən etibarən ABŞ və digər NATO ölkələri qoşunlarını buradan çıxarmağa başlayıb.

ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına paralel olaraq, “Taliban” qiyamçıları ölkənin 400 rayonundan yarısından çoxuna nəzarəti ələ alıb. Qiyamçılar ölkənin sərhədlərinin böyük hissəsinə nəzarət edir. Onlar qonşu dövlətlərin əraziləri üçün təhlükə yaratmadıqlarını iddia edirlər.

Qiyamçılarla hökumət qüvvələri arasında qanlı döyüşlər gedir. BMT rəqəmlərinə görə, təkcə may və iyun aylarında 2392 mülki şəxs yaralanıb və ya öldürülüb. Ölkədəki humanitar vəziyyəti artıq “fəlakət” sözü ilə xarakterizə etmək olar. “Tolo News” nəşrinin məlumatına görə, son dörd ay ərzində 36 mindən çox əfqan ailəsi evlərini tərk etmək məcburiyyətində qalıb.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ötən həftə NPR radiosunda danışarkən “Taliban”ın əhəmiyyətli hərbi qazanclar əldə etdiyini və ümumiyyətlə 2001-ci ildən etibarən daha güclü olduqlarını etiraf edib. Hələlik ABŞ hakimiyyəti Əfqanıstan hökumət qüvvələrinə dəstək verməyə davam edir. Məsələn, bu həftə ABŞ Hərbi Hava Qüvvələri Qəndəhar və Hilmand vilayətlərində qiyamçıların mövqelərinə hücum edib.

Dünya mətbuatında şərhçilər “Taliban” və digər siyasi aktorların bölgənin gələcəyindəki rolunu, Əfqanıstanın gələcəyini, Qərb hökumətlərinin bundan sonrakı dəstəyini müzakirə edirlər.

Almaniyanın “Der Spiegel” nəşri deyir ki, avropalılar “Taliban”dan qaçan insanlara kömək etmək üçün siyasi və mənəvi məsuliyyət daşıyırlar.

“Buna görə Avropa İttifaqının görməli olduğu iki iş var. 2015-ci ildə olduğu kimi, Türkiyə ilə əfqanları qaçqın olaraq qəbul etmək,həmçinin iş, sağlamlıq və təhsil sistemlərinə yerləşdirmək müqabilində maliyyə yardımı göstərmək üçün müqavilə bağlamalıdır. Paralel olaraq, Almaniya və digər Aİ ölkələri Əfqanıstanı tərk edənləri, ilk növbədə Almaniya ordusu və ya GIZ (Almaniya Beynəlxalq Əməkdaşlıq Fondu) kimi xarici təşkilatlarda çalışan və buna görə daha çox risk altında olan şəxsləri qəbul etməlidir”, - deyə nəşr qeyd edib.

Türkiyə mətbuatında Əfqanıstandan gələn qaçqınlarla bağlı fərqli fikirlər mövcuddur. Nəşrlər qeyd edir ki, Türkiyə Aİ-nin qaçqın düşərgəsi deyil.

Rusiyanın “Kommersant” nəşri yazır ki, bir tərəfdən “Taliban” Rusiyada qadağan edilmiş bir təşkilatdır, digər tərəfdən rus diplomatlar qiyamçıların nümayəndə heyəti ilə görüşlərini davam etdirir.

“Bu münasibət konkret, geosiyasi reallıqlara əsaslanır. Mərkəzi Asiyadakı keçmiş sovet respublikalarının sərhədlərinə söykənən və gələcəkdə mövqelərini daha da gücləndirəcək olan “Taliban” yox olmayacaq. Beləliklə, sonda bununla barışmaq lazımdır”, - deyə nəşr qeyd edir.

Türkiyənin “Yeni Şafak” nəşri Əfqanıstanın geoiqtisadi olaraq böyük güclərin diqqətini çəkdiyini söyləyir: “Əfqanıstan minerallar baxımından çox zəngin ölkədir. Şimaldakı təbii qaz yataqları Rusiyanın maraq dairəsindədir. Çin isə uran, qızıl və dəmir ehtiyatları ilə yanaşı yeni nəsil texnologiyalarda və avtomobil sənayesində istifadə olunan litiumla da maraqlanır. Avropa ölkələri, xüsusilə Almaniya, litium mənbələrinə diqqət yetirir”.

İspaniyanın “El Pais” nəşri qaoşunların geri çəkilməsini Avropa üçün səssis, lakin dərin kabus adlandırır. Nəşr qeyd edir ki, qoşunların Əfqanıstandan çıxarılması həm də Aİ-nin öz hərbi strategiyasından nə qədər uzaq olduğunu göstərir.

Britaniyanın “The Spectator” nəşrində dərc olunan məqalədə müəllif yazır ki, Əfqanıstan 2000-ci ilin mayında İsrail ordusunun geri çəkilməsindən sonra Livanın yaşadığı kimi qeyri-sabitliklə üzləşə bilər:

“Düşmənlərin qələbə hesab edə biləcəyi hərbi geri çəkilmə təhlükəlidir. Əfqanıstan ordusunun parçalanmasının qarşısını almaq və hökumətin muxtariyyətini qorumasını təmin etmək üçün tədbirlər görmək də çox vacibdir. Livan hökumətinin gücünü itirməsinin səbəbi “Hizbullah” və İranın güclənməsi idi. “Taliban”ın kompromislərə əməl etməməsi halında B planı da hazırlanmalıdır. İsrailin bitərəflik siyasəti o vaxt nəticə vermədi”, - deyə müəllif bildirir.

İrlandiyanın “Irish Times” nəşri tarixi müqayisə aparır: “Kabil ABŞ-ın Vyetnamdan çəkilməsindən sonra Hoşimin şəhərini xatırladır. Hökumətin pasport büroları fasiləsiz işləyir, humanitar xidmətlər əcnəbi işçilərini geri çəkir, şirkətlər ölkəni təkr edir və ABŞ ilə əməkdaşlıq edənlər də ölkəni tərk edə biləcəyi xəbərini səbirsizliklə gözləyirlər. Amerikanın varlığının yaratdığı təhlükəsizlik illüziyası geridə acınacaqlı dərəcədə olan zəif bir hökumət və daha çox manevr qabiliyyətinə malik “Taliban” qarşısında dura bilməyən ənənəvi ordu qoyur”.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   ABŞ   NATO  

Əfqanıstanda bundan sonra nə olacaq? – İCMAL

2021/08/http-1628072367.jpg
Oxunub: 2657     14:21     04 Avqust 2021    

Bizi "telegram"da izləyin