Qazi Xəyal Məmmədov: “Döyüş əmrini gözləyirdik və təlimlərdə tər tökərək o günə hazırlaşırdıq”

2021/08/333-1627987793.jpg
Oxunub: 1628     16:47     03 Avqust 2021    
Vətən torpağının toxunulmazlığı və bütövlüyü onun uğrunda can verərək, qan tökərək fədakarlıq göstərən cəsur oğullar sayəsində təmin olunur. Azərbaycan gəncləri Birinci Qarabağ müharibəsi, 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin sentyabr ayının 27-dən noyabr ayının 9-dək davam edən Vətən müharibəsində əcdadların hərbi ənənələrinə sadiq qaldılar, çətin sınaqlardan ləyaqətlə keçdilər, düşmənə qarşı rəşadətlə vuruşdular.

Bizi qələbəyə aparan yol bir neçə nəslin həyatında unudulmaz iz qoydu, əbədiyyətə qovuşan Vətən fədailərinin şəhidlər xiyabanlarında məzarlarının sayı artdı, qazilərimizin sıraları genişləndi, amansız müharibənin fəsadları və nişanələri çoxaldı. Bütün bu ağrı-acılara baxmayaraq, biz mübariz xalq kimi zəfər zirvəsini inamla, dəyanətlə fəth etdik. Bu gün biz vaxtilə üzümüzə bağlı yollarla Ağdama, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına, Kəlbəcərə, Hadruta, Şuşaya və digər yurdlarımıza gedirik.

Vətən müharibəsi haqqında real təsəvvürə malik olmaq, döyüşçü missiyasını dərk etmək üçün şəhidlərin və qazilərin döyüş yoluna nəzər salmaq vacibdir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yetirməsi, hərbi xidmətdən səhhəti ilə bağlı tərxis edilən qazi, baş gizir Məmmədov Xəyal İlqar oğlu Vətən müharibəsi iştirakçısıdır. O, 1989-cu ilin yanvar ayının 23-də o vaxtkı Qazı-Məmməd şəhərində (indiki Hacıqabul şəhəri) anadan olub. İlqar Məmmədov və Aidə Məmmədovanın qurduğu ailənin böyük övladıdır, bir bacısı var. Atası Sovet ordusunda və Azərbaycan ordusunda “gizir” hərbi rütbəsində hərbi xidmətdə olub. Anası 1993-cü ildə ağır xəstəlikdən vəfat edib. Babası Cəfər Məmmədov İkinci Dünya müharibəsində döyüş yolu keçib, ancaq cəbhədən qayıtmayıb. Dayısı Abdulla Muradov zabit olaraq, əmisi Qulu Məmmədov isə “gizir” hərbi rütbəsində Daxili Qoşunlarda 1992-1994-cü illərdə hərbi xidmət keçiblər. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçılarıdır.

Xəyal Hacıqabul şəhərindəki Fariz Cəbrayılov adına 2 saylı orta məktəbdə təhsil alıb. Özünün dediyinə görə, hüquqşünas ixtisasına maraq göstərib. Qəbul imtahanında kifayət qədər bal toplamadığından, tələbə olmaq, ali təhsil almaq arzusu reallaşmayıb. Hərbi xidmətə çağırılanadək Xəyal bir müddət işləyib.

Qeyd edim ki, keçən əsrin 80-ci illərinin sonlarında Ermənistanın respublikamıza əsassız ərazi iddiaları səbəbindən alovlanan Birinci Qarabağ münaqişəsi illərində və sonrakı uzunmüddətli atəşkəs dövründə böyüyərək formalaşan gənc nəslin nümayəndəsi kimi Xəyalın həyata baxışına, mənəvi əqidəsinə bütün bu proseslər təsirsiz qalmayıb. O, vətənpərvər düşüncəli gənc kimi hərbi xidmət borcunu yerinə yetirməyə yollanıb.

2007-ci ilin oktyabr ayında Xəyal Daxili Qoşunların sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Hacıqabul rayonunda yerləşən “N” saylı hərbi hissədə hərbi and içdiyini söylədi. Daxili Qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsindən kiçik komandirlər kursuna göndərildiyini, bu hərbi hissədə kursdan qayıtdıqdan sonra patrul taborunun patrul bölüyündə manqa komandiri və taqım komandirinin müavini vəzifələrində “çavuş” hərbi rütbəsinədək yüksələrək xidmət etdiyini bildirdi. 2009-cu ilin aprel ayında müddətli həqiqi hərbi xidmətdən tərxis edilib.

Xəyal həmişə fikrinə diqqətlə yanaşdığı atası ilə məsləhətləşərək, həyatını hərbçi peşəsinə bağlamaq barədə qərar verib, qəlbində rəğbət bəslədiyi Daxili Qoşunların sıralarına qayıdıb. 2009-cu ilin dekabr ayında müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunub. Həmin vaxtdan etibarən Vətən müharibəsinədək olan dövrdə qoşunların Lənkəran rayonunda yerləşən “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun yarımqrupunda atıcı, əməliyyat taborunun əməliyyat bölüyündə taqım komandirinin müavini, təminat bölüyünün təminat taqımında ATS emalatxana rəisi, təminat bölüyünün təminat taqımında avtomatik telefon stansiyasının rəisi, xüsusi təyinatlı dəstənin istehkamçı yarımqrupunda radiotelefonçu-istehkamçı, istehkamçı yarımqrupunun komandiri-baş istehkamçı vəzifələrinə təyin edilərək komandanlığın etimadını doğruldub.

2011-ci ilin noyabr ayından 2012-ci ilin may ayınadək Xəyal Daxili Qoşunların Ali Hərbi Məktəbi nəzdindəki gizirlərin hazırlanması kursunda təhsil alıb, ona “gizir” hərbi rütbəsi verilib. 2018-ci ilin avqust ayının 18-də “baş gizir” hərbi rütbəsinə yüksəlib.

2015-ci ilin 12 yanvar - 6 fevral tarixlərində o, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin təşkil etdiyi “Əsas humanitar minaaxtarma kursu”nu müvəffəqiyyətlə bitirib.

2018-ci ilin iyun ayının 26-da III dərəcəli “Qüsursuz xidmətə görə” və 2019-cu ilin mart ayının 4-də isə III dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə mükafatlandırılıb.

Vətən müharibəsi bir çox döyüşçü kimi onun da həyatının xatirələrində yaşadacağı xüsusi bir səhifəsidir. Xəyalın dediyinə görə, hərbi formanı geyindiyi gündən nə vaxtsa döyüşə gedəcəyi, torpaqlarımızı işğal edən düşmənə qarşı vuruşacağı, şəhidlərin qisasını alacağı barədə həmişə fikirləşib. “Xüsusi təyinatlının əsas amalı döyüş tapşırığını nəyin bahasına olursa-olsun yerinə yetirməkdir. Döyüş əmrini gözləyirdik və təlimlərdə tər tökərək o günə hazırlaşırdıq” - deyə qazi vurğuladı.

2020-ci ilin oktyabr ayının 5-dən başlayaraq baş gizir X.Məmmədov Füzuli rayonunun ərazisində kapitan Cavid Tağıyevin (hazırda “N” saylı hərbi hissədə xüsusi təyinatlı dəstənin komandiri) rəhbərliyi altında döyüş əməliyyatlarına cəlb olunub. “Beton post” adlanan ərazidə şiddətli döyüş barədə danışan Xəyal düşmənin artilleriya vasitələrinin atəşinə məruz qaldıqlarını, xüsusən də çoxlu sayda minaatan mərmisinin atıldığını dedi. Göstərilən istiqamətdə hərbi qulluqçularımızdan kiçik gizir Anar Məmmədov şəhid olub, müddətdən artıq xidmət edən çavuş Elvin Abbasov isə yaralanıb.

Qazimiz danışdı ki, Füzuli rayonunun Kərimbəyli kəndi yaxınlığında bir neçə gün müdafiə mövqeyində dayanıblar. Buradan Cəbrayıl rayonunun ərazisinə hərəkət ediblər. Həmin istiqamətdə düşməndən azad olunmuş ərazilərdəki postlarda qarşıya qoyulan tapşırıqları yerinə yetiriblər. Oktyabrın son günündə Cəbrayıl rayonundan Xocavənd rayonunun Hadrut qəsəbəsinə göndəriliblər. Döyüşçülər hərəkət istiqamətləri dəqiqləşdirilərək ayrı-ayrı qruplara bölünüblər. Xəyal kapitan Taleh Rüstəmlinin (hazırda Daxili Qoşunların Bərdə rayonundakı “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunun komandiri) tabeliyinə verilən qrupun tərkibində döyüş yolunu davam etdirib.

Xocavənd rayonunun çətin relyefə malik ərazilərindən keçməklə onun daxil olduğu qrup və digər qruplar Şuşaya istiqamət götürüblər. Bir neçə gün piyada yol qət edərək Şuşanın ətrafına yaxınlaşıblar. Şəhərin yaxınlığındakı əlverişli mövqelərin tutulması, düşmənin köməyə gələ biləcək qüvvə və vasitələrinin yolunun kəsilməsi məqsədilə qruplara aidiyyəti döyüş tapşırıqları verilib. Onların qrupu Şuşa ətrafındakı meşəlik ərazidə irəliləyərək Xankəndi yolunu nəzarətə götürmək üçün mövqe tutub. Həmin yerdə düşmənin canlı qüvvəsini atəş zərbəsinə məruz qoyublar. Noyabrın 5-də düşmən tankından bizim mövqeyə atılan mərminin partlaması nəticəsində qəlpələr Xəyalın bədəninin müxtəlif nahiyələrini (üz, hər iki qolu və sağ ayağı) ağır dərəcədə yaralayıb. Döyüşçü yoldaşları ona yardım göstəriblər. O döyüşdə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız baş çavuş Vüsal Allahyarov, çavuş Afər Orucov, əsgər İsmayıl Məmmədov şəhid olublar, çavuş İlkin Abuyev və kiçik çavuş Rəvan Kazımov isə yaralanıblar.

Noyabrın 8-dək Şuşa uğrunda döyüşlər gedib, düşmən məğlubiyyətə uğrayıb. Xəyal bildirdi ki, onu və digər yaralıları Şuşadakı evlərdən birində yerləşdiriblər. Şuşa uğrunda döyüşlərdə şəhid olan kapitan Şamil Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularımız baş əsgər Pərviz Həsənov, əsgər Fərid Seyfullayevin də adlarını xatırladı, baş çavuşlar Fərid Əmiyev, Kənan Kərimov, çavuşlar Ənvər Beydiyev, Zamiq Ağayev, Mehrac Qarayevin şücaət göstərərək erməni işğalçılarını canlı qüvvə və texnika sarıdan ciddi itkiyə məruz qoyduqlarını da nəzərə çatdırdı. Noyabrın 7-də o, döyüş zonasından təxliyyə edilib. Füzuli və Ağcabədi rayonlarındakı xəstəxanalara, Daxili Qoşunların Hərbi Qospitalına, Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib, qəlpə yaraları ilə bağlı cərrahi əməliyyat olunub, sağlamlığının bərpası yönündə müalicə alıb.

Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il, 25 dekabr 2020-ci il, 29 dekabr 2020-ci il tarixli müvafiq sərəncamları ilə baş gizir X.Məmmədov “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Xəyal evlidir, iki oğul və bir qız övladı var. Müharibə vaxtı harada olduğunu ailə üzvlərinə deməyib, onların narahat olmalarını istəməyib. Ön cəbhədən alnıaçıq, üzüağ qayıtmasından və doğmalarına qovuşmasından xoşbəxtdir. Qazinin bədənində hələ çıxarılmayan xırda qəlpələr, aldığı yaraların müəyyən fəsadları qalıb. Fədakar döyüşçüyə şəfa diləyirik.

Yalçın Abbasov, DİN-in Daxili Qoşunlarının veteranı, tədqiqatçı-jurnalist
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Qazi Xəyal Məmmədov: “Döyüş əmrini gözləyirdik və təlimlərdə tər tökərək o günə hazırlaşırdıq”

2021/08/333-1627987793.jpg
Oxunub: 1629     16:47     03 Avqust 2021    

Bizi "telegram"da izləyin