Paşinyanın fraksiyasının keçmiş rəhbəri Amerikada: Geri çəkilmənin polad məntiqi

2021/08/45645-1628060559.jpg
Oxunub: 832     11:34     04 Avqust 2021    
Ermənistanın hakim partiyasının keçmiş fraksiya rəhbəri, Nikol Paşinyanın ingilis dili müəllimi Lilit Makuntsun ABŞ səfiri vəzifəsinə mümkün təyinatı mətbuatda hakim qrupun "deportasiya"sının sübutu, bəziləri tərəfindən də ən vacib ölkədə etibarlı səfirə sahib olmaq istəyi kimi şərh edilir.

Noyabrın 10-dan etibarən "muxtar rejim"ə keçmiş Ermənistan XİN buna qədər artıq addım-addım ləğv edilirdi, tədricən rəhbər heyətindən və sistemli fəaliyyət bələdçilərindən məhrum olurdu. Hakimiyyət Armen Qriqoryanı Xarici İşlər nazirinin birinci müavini təyin edərkən "XİN və Baş nazir administrasiyasının işini müəyyən dərəcədə bərpa etmək" istəyini etiraf etdi.

Bunun əksinə olan qiymətləndirmələri də qeyd etməyə dəyər, Ermənistan XİN rəhbərliyi və Ermənistan səfirləri Moskvanın nomenklaturasıdır və səfirlərin məlumatları Rusiya və ya bəzi hallarda Belarus səfirliklərinə ötürməsi praktikaya çevrilib.

Makuntsa gəlincə, illər keçdikçə təcrübə qazanacağı və diplomat olacağı deyilir. Ermənistanın isə buna vaxtı varmı? Bilinmir.

"Lragir" nəşri yazır ki, Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin çağırış və təşəbbüslərinin Ermənistan hakimiyyəti tərəfindən israrla rədd edilməsi şəraitində "Nikol Paşinyanın etibarlı adamının təyin edilməsi" anlaşılmaz olur.

"Həssas təyinatların bütün versiyaları bir-bir silinir: Ermənistan ABŞ-la diplomatik münasibətlər kateqoriyasını endirir. Görünür bu işin kimin maraqları naminə edildiyini təxmin etməyə ehtiyac yoxdur. Ermənistan suverenliyin onsuz da az olan ehtiyaclarından ardıcıl şəkildə imtina edir", - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Amerika   Səfir  

Paşinyanın fraksiyasının keçmiş rəhbəri Amerikada: Geri çəkilmənin polad məntiqi

2021/08/45645-1628060559.jpg
Oxunub: 833     11:34     04 Avqust 2021    

Bizi "telegram"da izləyin