“Düşünürdüm ki, Qarabağın statusu ətrafında razılığa nail olmaq ermənilərin və azərbaycanlıların işidir” - Qorbaçov

2021/08/sas-1627985202.jpg
Oxunub: 3295     16:21     03 Avqust 2021    
“1988-ci ilin əvvəlində Dağlıq Qarabağ problemi ağırlaşdı. Münaqişənin kökləri köhnədir, məni sərhədlərin yenidən çəkilməsi vasitəsilə buna nail olmağın mümkün olduğuna inandırmağa çalışmalarına baxmayaq, o vaxt bunun sadə həlli yox idi və indi də yoxdur. Ölkə rəhbərliyində yekdil fikir var idi ki, bu, qəbuledilməzdir”

Ordu.az xəbər verir ki, bu barədə “Rusiya qlobal siyasətdə” jurnalı üçün yazdığı məqaləsində SSRİ prezidenti Mixail Qorbaçov bildirib.

“Düşünürdüm ki, Qarabağın statusu ətrafında razılığa nail olmaq ermənilərin və azərbaycanlıların işidir və ittifaq mərkəzinin rolu bunların vəziyyətinin həlli məsələsində, xüsusən də iqtisadi problemlərin həlli işində kömək etmək idi. Əminəm ki, bu, düzgün xətt idi. Lakin nə partiya strukturları, nə də iki respublikanın ziyalıları razılıq və ya hətta dialoq yolu tapmağı bacarmadılar. Və bunlar ekstremistlər tərəfindən arxa plana salındı. Hadisələr qartopu kimi böyüdü.

O dövrdə, 1987-1988-ci illərdə millətlərarası mübahisələrlə bağlı vahid demokratik yanaşma hazırlamağa çalışırdım. Bunun mahiyyəti o idi ki, milli problemlər yalnız siyasi və iqtisadi islahatların ümumi kontekstində həqiqətən həll edilə bilər. Deməliyəm ki, əvvəlcə Baltikyanı respublikalarda, Moldovada, Gürcüstanda, Ukraynada milli hərəkatlar yenidənqurmaya dəstək şüarları altında fəaliyyət göstərirdi. 1987-ci ildə demək olar heç kim ittifaqdan çıxmaq məsələsini qoymurdu. Lakin çox tezliklə milli hərəkatlarda separatçı meyllər üstünlük təşkil etməyə başladı. Respublikaların partiyalarının rəhbərləri isə bilmirdilər ki, demokratiya şəraitində necə işləmək lazımdır. Onlar çaşqınlıq içində idilər. Bu, Gürcüstanda ifadə olundu, 1989-cu ilin aprelində insanlar Tiflis küçələrinə və meydanlarına çıxdılar. Gürcüstan kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri də xalqın yanında çıxmalı idilər, lakin onlar bunkerdə oturmağa üstünlük verdilər. Və iş bədbəxtliyə çatdı: ərazini nümayişçilərdən “təmizləmək” üçün güc tətbiq edildi, 21 nəfər öldü, onlarla insan yaralandı. Bunu xatırlamaq çətindir. Lakin sakit vicdanla deyə bilərəm: Tiflis mitinqini dağıtmaq qərarı mənim arxamda iradəmə əks olaraq qəbul edildi. O vaxt və sonralar öz kredoma möhkəm şəkildə sadiq qaldım: ən çətin problemlər siyasi vasitələrlə, güc tətbiqi olmadan, qan tökülməsi olmadan həll edilməlidir”, - deyə Qorbaçov yazıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Qarbaçov  

“Düşünürdüm ki, Qarabağın statusu ətrafında razılığa nail olmaq ermənilərin və azərbaycanlıların işidir” - Qorbaçov

2021/08/sas-1627985202.jpg
Oxunub: 3296     16:21     03 Avqust 2021    

Bizi "telegram"da izləyin