“Moskva çətin ki, Paşinyanın təklifləri ilə razılaşsın”

2021/08/00-76-1627984715.jpg
Oxunub: 1141     19:51     03 Avqust 2021    
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Peskov Ermənistan-Azərbaycan sərhədi boyunca rus sərhədçilərin yerləşdirilməsi ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın təklifini şərh etməyib.

Erməni politoloq Armen Vardanyan Rusiyanın bütün sərhəd boyunca sülhməramlılar və ya müşahidəçilər yerləşdirməyə razı olacağına şübhə ilə yanaşıb.

“Paşinyanın hansı hesablamalar əsasında Rusiyaya bənzər təklif etməsi anlaşılandır, lakin Moskva çətin ki, razılaşsın”, - deyə o qeyd edib.

Vardanyanın sözlərinə görə, çünki bununla Rusiya hansısa baxımdan öz qollarından məhrum olacaq.

“Rusiya və Azərbaycan çox tez-tez Ermənistana təzyiqlər göstərmək üçün bir-biri ilə razılaşmalarla sərhəd insidentlərini təhrik edirlər və rus sülhməramlılar gəlsələr, bütün sərhəd boyunca dayansalar, Rusiya hansısa bir mənada bu vacib qoldan, yəni Ermənistana təzyiqlər etmək qolundan məhrum olacaq. Lakin həmçinin hazırda bunun mümkünlüyünü o qədər də böyük qiymətləndirmirəm”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


“Moskva çətin ki, Paşinyanın təklifləri ilə razılaşsın”

2021/08/00-76-1627984715.jpg
Oxunub: 1142     19:51     03 Avqust 2021    
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Peskov Ermənistan-Azərbaycan sərhədi boyunca rus sərhədçilərin yerləşdirilməsi ilə bağlı Ermənistan Baş naziri Nikol Paşinyanın təklifini şərh etməyib.

Erməni politoloq Armen Vardanyan Rusiyanın bütün sərhəd boyunca sülhməramlılar və ya müşahidəçilər yerləşdirməyə razı olacağına şübhə ilə yanaşıb.

“Paşinyanın hansı hesablamalar əsasında Rusiyaya bənzər təklif etməsi anlaşılandır, lakin Moskva çətin ki, razılaşsın”, - deyə o qeyd edib.

Vardanyanın sözlərinə görə, çünki bununla Rusiya hansısa baxımdan öz qollarından məhrum olacaq.

“Rusiya və Azərbaycan çox tez-tez Ermənistana təzyiqlər göstərmək üçün bir-biri ilə razılaşmalarla sərhəd insidentlərini təhrik edirlər və rus sülhməramlılar gəlsələr, bütün sərhəd boyunca dayansalar, Rusiya hansısa bir mənada bu vacib qoldan, yəni Ermənistana təzyiqlər etmək qolundan məhrum olacaq. Lakin həmçinin hazırda bunun mümkünlüyünü o qədər də böyük qiymətləndirmirəm”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin