Hulusi Akar: “Müvafiq nazirliklər yanğınların səbəblərinin müəyyən edilməsi üçün işlərini davam etdirir”

2021/08/31229-1627983525.jpg
Oxunub: 593     13:13     03 Avqust 2021    
“Türk Silahlı Qüvvələri (TSK) bütün qüvvələrilə hər zaman və hər yerdə yanğına qarşı mübarizədə xalqının ixtiyarındadır. Pilotsuz uçuş aparatlarımız (PUA), helikopterlərimiz, gəmilərimiz, xilasetmə maşınlarımız, suçiləyicilərimiz, su çənlərimiz, nəqliyyat-inşaat maşınlarımız, evakuatorlarımız və heyətimizlə birgə yanğın ərazilərində xalqımızın xidmətindəyik”.

Ordu.az-ın xəbərinə görə, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar TSK-nın Baş Qərargah rəisi Yaşar Güler, Quru qüvvələri komandanı general Ümit Dündar, Hava qüvvələri komandanı general Hesen Küçükakyüz, Dəniz qüvvələri komandanı admiral Adnan Özbal və nazir müavini Yunus Emre Karaosmanoğlunun iştirakı ilə birgə keçirilən videokonfransda bildirib.

Nazir deyib ki, Türkiyə meşə yanğınlarının qarşısını almaq, fəlakətin səbəbini araşdırmaq və itkiləri qısa müddətdə kompensasiya etmək əzmindədir: “Meşələrimiz təbii, milli sərvətimizdir. Meşələrimizlə birlikdə, vətəndaşlarımızı itirməyimizdən çox məyusuq. Dövlətimiz və hökumətimiz bütün yaraları ən qısa müddətdə sağalda biləcək gücə, qüdrətə malikdir. Hazırda müvafiq nazirliklər yanğınların səbəblərinin müəyyən edilməsi üçün işlərini davam etdirir”.

H. Akar meşə yanğınlarının söndürülməsi istiqamətində ölkə daxilindəki səfərbərlik və xarici ölkələrdən verilən dəstək haqqında da danışıb.

Videokonfransda Əfqanıstan, Liviya, Azərbaycan, Kiprdən vəzifəli şəxslər, NATO-nun Baş Qərargahında Türkiyə Hərbi Nümayəndəliyinin Başçısı və ordu komandanları, Hərbi Hava Qüvvələri və Donanma komandirləri də iştirak edib.

İclasda Şərqi Aralıq dənizindəki son hadisələr, terrorla mübarizə əməliyyatları, koronavirusla mübarizədə atılan addımlar, təhlükəsizlik mövzusunda müzakirələr aparılıb, təlimatlar verilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə   MMN  

Hulusi Akar: “Müvafiq nazirliklər yanğınların səbəblərinin müəyyən edilməsi üçün işlərini davam etdirir”

2021/08/31229-1627983525.jpg
Oxunub: 594     13:13     03 Avqust 2021    

Bizi "telegram"da izləyin