“Hakimiyyətin istintaq komissiyası yaratması sadəcə gülməlidir” – Vanetsyan

2021/08/15744-1627981429.jpg
Oxunub: 806     17:51     03 Avqust 2021    
“İstintaq komissiyası müxalifətin alətidir: hakimiyyətin istintaq komissiyası yaratması sadəcə gülməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Şərəfim var” fraksiyasının deputatı Artur Vanetsyan deyib.

“Bu institut müxalifət üçün yaradılıb ki, müxalifət bu və ya digər məsələ ətrafında istintaq həyata keçirə bilsin. Hakimiyyət istintaq komissiyası yaradaraq özünü əlverişsiz vəziyyətə salır, çünki hakimiyyət prokurorluğa, Milli Təhlükəsizlik Xidmətinə, Xüsusi İstintaq Xidmətinə, istintaq orqanlarına sahibdir”, - deyə Vanetsyan bildirib.

O qeyd edib ki, “Şərəfim var” blokunun 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının işində iştirak etməsi istisna edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


“Hakimiyyətin istintaq komissiyası yaratması sadəcə gülməlidir” – Vanetsyan

2021/08/15744-1627981429.jpg
Oxunub: 807     17:51     03 Avqust 2021    
“İstintaq komissiyası müxalifətin alətidir: hakimiyyətin istintaq komissiyası yaratması sadəcə gülməlidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Şərəfim var” fraksiyasının deputatı Artur Vanetsyan deyib.

“Bu institut müxalifət üçün yaradılıb ki, müxalifət bu və ya digər məsələ ətrafında istintaq həyata keçirə bilsin. Hakimiyyət istintaq komissiyası yaradaraq özünü əlverişsiz vəziyyətə salır, çünki hakimiyyət prokurorluğa, Milli Təhlükəsizlik Xidmətinə, Xüsusi İstintaq Xidmətinə, istintaq orqanlarına sahibdir”, - deyə Vanetsyan bildirib.

O qeyd edib ki, “Şərəfim var” blokunun 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının işində iştirak etməsi istisna edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Parlament  


Bizi "telegram"da izləyin