“Past”: Paşinyan yeni kapitulyasiyanı xilas kimi təqdim etməyə çalışır

2020/06/56756-1591622444.jpg
Oxunub: 872     14:03     03 Avqust 2021    
Müharibədən artıq 8 aydan çox müddət keçib, lakin Ermənistan kapitulyasiya şokundan və böhrandan çıxa bilmir.

Ordu.az xəbər verir ki, bu barədə “Past” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Ermənistana imkan vermirlər ki, heç olmasa bir qədər özünə gəlsin. Tamamilə əksinə. Türkiyə-Azərbaycan tandemi hərbi təlimlər, qarşılıqlı rəsmi səfərlər və başqa təşəbbüslər vasitəsilə siyasi baxımdan Ermənistana daim təzyiq göstərməyə çalışır.

Digər tərəfdən isə Ermənistana qarşı açıq təhdidlər işə salınır. Əslində mövcud bütöv bir məlumatı birləşdirməklə məlum olur ki, danışıq platformasında 9 noyabr üçtərəfli bəyanatından və 11 yanvar razılaşmasından irəli gələn sənəd (və ya sənədlər) müzakirə olunur. Bunun ayrı-ayrı detalları ətrafında İrəvanı müxtəlif güzəştlərə məcbur etmək üçün Azərbaycan tərəfi pressinq etməyə çalışır.

Buna görə də Paşinyan hökumətin iclasında işarə vururdu ki, Azərbaycan onlarla şantaj dilində danışmaq istəyir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Kapitulyasiya  


“Past”: Paşinyan yeni kapitulyasiyanı xilas kimi təqdim etməyə çalışır

2020/06/56756-1591622444.jpg
Oxunub: 873     14:03     03 Avqust 2021    
Müharibədən artıq 8 aydan çox müddət keçib, lakin Ermənistan kapitulyasiya şokundan və böhrandan çıxa bilmir.

Ordu.az xəbər verir ki, bu barədə “Past” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Ermənistana imkan vermirlər ki, heç olmasa bir qədər özünə gəlsin. Tamamilə əksinə. Türkiyə-Azərbaycan tandemi hərbi təlimlər, qarşılıqlı rəsmi səfərlər və başqa təşəbbüslər vasitəsilə siyasi baxımdan Ermənistana daim təzyiq göstərməyə çalışır.

Digər tərəfdən isə Ermənistana qarşı açıq təhdidlər işə salınır. Əslində mövcud bütöv bir məlumatı birləşdirməklə məlum olur ki, danışıq platformasında 9 noyabr üçtərəfli bəyanatından və 11 yanvar razılaşmasından irəli gələn sənəd (və ya sənədlər) müzakirə olunur. Bunun ayrı-ayrı detalları ətrafında İrəvanı müxtəlif güzəştlərə məcbur etmək üçün Azərbaycan tərəfi pressinq etməyə çalışır.

Buna görə də Paşinyan hökumətin iclasında işarə vururdu ki, Azərbaycan onlarla şantaj dilində danışmaq istəyir”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan   Kapitulyasiya  


Bizi "telegram"da izləyin