Erməni deputat: “Müharibənin cavabdehi Ermənistanın Baş Qərargahıdır”

2021/03/15993-1614838898.jpg
Oxunub: 1243     20:43     03 Avqust 2021    
“Müharibəyə Baş Qərargah hazırlaşır və müharibəni həyata keçirir, siyasi rəhbərlik isə Baş Qərargahın fasiləsiz işini təmin edir, lakin müharibəni həyata keçirmir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qurqen Arsenyan deyib.

“Müharibənin cavabdehi Ermənistanın Baş Qərargahıdır. Müharibə zamanı müharibənin aparılması Baş Qərargahın məsuliyyətidir”, - deyə Arsenyan qeyd edib.

Onun sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi indi ən vacib məsələlərdəndir.

Qurqen Arsenyan deyib ki, Ermənistanın ümumi sərhədlərinin müdafiəsinə Rusiyanı cəlb etməyə çalışmaq olar: “KTMT-nin üzv ölkəsi olduğumuz üçün düşünürəm ki, ümumi sərhədlərimizin müdafiəsi zamanı Rusiya da daxil olmaqla tərəfdaşlarımızı cəlb etməyə çalışa bilərik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Baş-Qərargah  


Erməni deputat: “Müharibənin cavabdehi Ermənistanın Baş Qərargahıdır”

2021/03/15993-1614838898.jpg
Oxunub: 1244     20:43     03 Avqust 2021    
“Müharibəyə Baş Qərargah hazırlaşır və müharibəni həyata keçirir, siyasi rəhbərlik isə Baş Qərargahın fasiləsiz işini təmin edir, lakin müharibəni həyata keçirmir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Qurqen Arsenyan deyib.

“Müharibənin cavabdehi Ermənistanın Baş Qərargahıdır. Müharibə zamanı müharibənin aparılması Baş Qərargahın məsuliyyətidir”, - deyə Arsenyan qeyd edib.

Onun sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi indi ən vacib məsələlərdəndir.

Qurqen Arsenyan deyib ki, Ermənistanın ümumi sərhədlərinin müdafiəsinə Rusiyanı cəlb etməyə çalışmaq olar: “KTMT-nin üzv ölkəsi olduğumuz üçün düşünürəm ki, ümumi sərhədlərimizin müdafiəsi zamanı Rusiya da daxil olmaqla tərəfdaşlarımızı cəlb etməyə çalışa bilərik”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Baş-Qərargah  


Bizi "telegram"da izləyin