Türkiyə ordusuna hava hücumundan erkən xəbərdarlıq sistemi təhvil verilib

2021/08/9D27B-1627974423.jpg
Oxunub: 936     16:44     03 Avqust 2021    
Türkiyənin Quru Qoşunları Komandanlığına HERİKKS-VI adlanan hava hücumundan erkən xəbərdarlıq və komanda-idarəetmə sistemi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

HERİKKS Quru Qoşunları Komandanlığının hava hücumundan müdafiə fəaliyyətlərini həyata keçirmək və komanda-idarəetmə tapşırığını səmərəli və tez yerinə yetirmək üçün istifadə olunur. Bu məqsədlə 21 dekabr 2016-cı il tarixində Milli Müdafiə Nazirliyi ilə ASELSAN arasında müqavilə imzalanıb.

HERIKKS-VI-nın verilməsi ilə yeni hava hücumundan müdafiə sistemlərinin (HİSAR-A, HİSAR-O, KORKUT, AIC, BKKM, KALKAN, portativ raket sistemi) HERIKKS sisteminə inteqrasiyası təmin edilir.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri və NATO daxilindəki digər komanda-idarəetmə sistemləri ilə məlumat mübadiləsi qabiliyyəti əldə edilir. Bu şəkildə Türkiyənin Quru Qüvvələri Komandanlığının hava hücumundan müdafiə effektivliyi əhəmiyyətli dərəcədə artır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   QQK   HERİKKS-VI  


Türkiyə ordusuna hava hücumundan erkən xəbərdarlıq sistemi təhvil verilib

2021/08/9D27B-1627974423.jpg
Oxunub: 937     16:44     03 Avqust 2021    
Türkiyənin Quru Qoşunları Komandanlığına HERİKKS-VI adlanan hava hücumundan erkən xəbərdarlıq və komanda-idarəetmə sistemi təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

HERİKKS Quru Qoşunları Komandanlığının hava hücumundan müdafiə fəaliyyətlərini həyata keçirmək və komanda-idarəetmə tapşırığını səmərəli və tez yerinə yetirmək üçün istifadə olunur. Bu məqsədlə 21 dekabr 2016-cı il tarixində Milli Müdafiə Nazirliyi ilə ASELSAN arasında müqavilə imzalanıb.

HERIKKS-VI-nın verilməsi ilə yeni hava hücumundan müdafiə sistemlərinin (HİSAR-A, HİSAR-O, KORKUT, AIC, BKKM, KALKAN, portativ raket sistemi) HERIKKS sisteminə inteqrasiyası təmin edilir.

Bundan əlavə, Türkiyə Silahlı Qüvvələri və NATO daxilindəki digər komanda-idarəetmə sistemləri ilə məlumat mübadiləsi qabiliyyəti əldə edilir. Bu şəkildə Türkiyənin Quru Qüvvələri Komandanlığının hava hücumundan müdafiə effektivliyi əhəmiyyətli dərəcədə artır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   QQK   HERİKKS-VI  


Bizi "telegram"da izləyin