Türkiyə bu ilin 7 ayı ərzində Azərbaycana 164 milyon dollarlıq müdafiə sənayesi məhsulu ixrac edib

2020/02/11111-1581575774.jpg
Oxunub: 2589     11:02     03 Avqust 2021    
Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru 2021-ci ilin iyul ayında müxtəlif ölkələrə 231 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə 61 müxtəlif sektordan olan 95 mindən çox şirkətin məlumatlarını toplayan Türkiyə İxracatçılar Məclisinin yaydığı məlumatda qeyd olunub.

Qeyd olunur ki, bu rəqəm ötən ilin iyul ayı ilə müqayisədə 65.7 % artıqdır.

Türkiyə 2021-ci ilin ilk 7 ayı ərzində 1.5 milyard dollardan çox müdafiə məhsulu ixrac edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 48.1% çoxdur.

2021-ci ilin iyul ayında Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatında önə çıxan ölkələr bunlardır:

ABŞ – 67.7 milyon dollar
Ukrayna – 58.6 milyon dollar
Türkmənistan – 37.4 milyon dollar


Məclisin məlumatına görə, Türkiyə bu ay Azərbaycana 800 min dollarlıq hərbi məhsul ixrac edib.

İlk yeddi aylıq dövrə nəzər salsaq, ABŞ yenə 649.8 milyon dollarla birinci yerdədir. Azərbaycan 164, 8 milyon dollar ilə ikinci yerdə ikən Birləşmiş Ərəb Əmirlikləri 126,4 milyon dollar ilə üçüncü olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Türkiyə bu ilin 7 ayı ərzində Azərbaycana 164 milyon dollarlıq müdafiə sənayesi məhsulu ixrac edib

2020/02/11111-1581575774.jpg
Oxunub: 2590     11:02     03 Avqust 2021    
Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru 2021-ci ilin iyul ayında müxtəlif ölkələrə 231 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ordu.az xəbər verir ki, bu barədə 61 müxtəlif sektordan olan 95 mindən çox şirkətin məlumatlarını toplayan Türkiyə İxracatçılar Məclisinin yaydığı məlumatda qeyd olunub.

Qeyd olunur ki, bu rəqəm ötən ilin iyul ayı ilə müqayisədə 65.7 % artıqdır.

Türkiyə 2021-ci ilin ilk 7 ayı ərzində 1.5 milyard dollardan çox müdafiə məhsulu ixrac edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 48.1% çoxdur.

2021-ci ilin iyul ayında Türkiyənin müdafiə və aviasiya sənayesi ixracatında önə çıxan ölkələr bunlardır:

ABŞ – 67.7 milyon dollar
Ukrayna – 58.6 milyon dollar
Türkmənistan – 37.4 milyon dollar


Məclisin məlumatına görə, Türkiyə bu ay Azərbaycana 800 min dollarlıq hərbi məhsul ixrac edib.

İlk yeddi aylıq dövrə nəzər salsaq, ABŞ yenə 649.8 milyon dollarla birinci yerdədir. Azərbaycan 164, 8 milyon dollar ilə ikinci yerdə ikən Birləşmiş Ərəb Əmirlikləri 126,4 milyon dollar ilə üçüncü olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin