Ukrayna bütün əhalini təcavüzkarla mübarizəyə cəlb etmək üçün nəzərdə tutulan qanunu təsdiqləyib

2021/08/v_162-1627898083.jpg
Oxunub: 708     10:37     03 Avqust 2021    
Ukrayna hökuməti “təcavüzkar”la mübarizəyə bütün əhalinin cəlb edilməsi üçün nəzərdə tutulan milli müqavimət sistemi yaratmaq haqqında qanunu təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin prezidenti Vladimir Zelenski qərar imzalayıb.

Qanun əhalinin ümumi hərbi hazırlıq sisteminin tətbiqini, ərazi müdafiəsinin və müqavimət hərəkatının inkişafını təmin edir.

“Milli müqavimət ümumxalq işinə çevrilməlidir və onun tədbirləri həm dövlətimizin nəzarətində, həm də işğal olunmuş ərazilərində həyata keçiriləcək”, - deyə Ukrayna rəsmiləri bildirir.

Bəyanatda deyilir ki, Rusiya Federasiyasının hərbi xarakterli planlarını davam etdirməsi kontekstində Ukrayna cəmiyyətini ölkəni müdafiə etmək naminə ortaq bir səbəb ətrafında birləşdirmək üçün atılan addım çox vacibdir.

Bu konsepsiya Ukraynanı vahid plan və vahid komandanlıq altında müdafiə etmək üçün bütün müdafiə və təhlükəsizlik qüvvələrinin fəaliyyətini nəzərdə tutur. Məsələn, Ali Baş Komandanın ayrı bir qərarı ilə xüsusi bir müddətdə Milli Qvardiyanın döyüş hissələrinin və bölmələrinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanına tabe olması onların dövlət üçün səmərəli istifadəsini təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Ukrayna bütün əhalini təcavüzkarla mübarizəyə cəlb etmək üçün nəzərdə tutulan qanunu təsdiqləyib

2021/08/v_162-1627898083.jpg
Oxunub: 709     10:37     03 Avqust 2021    
Ukrayna hökuməti “təcavüzkar”la mübarizəyə bütün əhalinin cəlb edilməsi üçün nəzərdə tutulan milli müqavimət sistemi yaratmaq haqqında qanunu təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin prezidenti Vladimir Zelenski qərar imzalayıb.

Qanun əhalinin ümumi hərbi hazırlıq sisteminin tətbiqini, ərazi müdafiəsinin və müqavimət hərəkatının inkişafını təmin edir.

“Milli müqavimət ümumxalq işinə çevrilməlidir və onun tədbirləri həm dövlətimizin nəzarətində, həm də işğal olunmuş ərazilərində həyata keçiriləcək”, - deyə Ukrayna rəsmiləri bildirir.

Bəyanatda deyilir ki, Rusiya Federasiyasının hərbi xarakterli planlarını davam etdirməsi kontekstində Ukrayna cəmiyyətini ölkəni müdafiə etmək naminə ortaq bir səbəb ətrafında birləşdirmək üçün atılan addım çox vacibdir.

Bu konsepsiya Ukraynanı vahid plan və vahid komandanlıq altında müdafiə etmək üçün bütün müdafiə və təhlükəsizlik qüvvələrinin fəaliyyətini nəzərdə tutur. Məsələn, Ali Baş Komandanın ayrı bir qərarı ilə xüsusi bir müddətdə Milli Qvardiyanın döyüş hissələrinin və bölmələrinin Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanına tabe olması onların dövlət üçün səmərəli istifadəsini təmin edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin