Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 799     11:19     02 Avqust 2021    
Ordu.az 2021-ci ilin iyul ayının 1-dən 31-nə kimi Ermənistan ordusunda qeydə alınan itki, yaralanma, qəza və oğurluq faktı ilə bağlı hadisələrin hesabatını təqdim edir.

İyul ayının nəticələrinə görə, Ermənistan ordusunda 11 ölüm (3-ü təxribata cəhd, 3-ü qəza, 2-si naməlum, 1-i intihar, 1-i silahla davranış qaydalarının pozulması, 1-i infarkt) hadisəsi qeydə alınıb.

Düşmən ordusunda bu ayın rəsmi və qeyri-rəsmi statistikasına əsasən, 24 düşmən hərbçisi (13-ü qəza, 6-sı təxribata cəhd, 2-si döyülmə, 2-si ehtiyatsızlıq, 1-i intihara cəhd) yaralanıb.

Həmçinin 1 fərarilik, 1 rüşvət vermə, 1 intihara cəhd, 2 itkin düşmə faktı da aşkarlanıb.

8 iyul

Axşam saatlarında Ermənistan ordusunun hərbi hissəsinə məxsus “Niva” markalı 37AA07 dövlət nömrə nişanlı maşının qarşısı naməlum şəxslər tərəfindən kəsilib. “Pajero” markalı maşınla hərbi maşının qarşısını kəsən iki naməlum şəxs qısa mübahisədən sonra müqavimət göstərməyə çalışan “Niva”nın sürücüsü Armen Yegyanı döyərək maşını onun əlundən aldıqdan sonra hadisə yerindən uzaqlaşıblar.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü A.Yegyan mülki şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb. Belə bir cinayətin törədilməsinə səbəb isə maşını sürücünün əlindən zorla alan şəxslərə hərbi hissə komandirinin külli miqdarda pul borclu olmasıdır.

***

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən əsgər müalicəsi bitdikdən sonra hərbi hissəyə qayıtmamaq qərarına gəlib. Əsgər Hrayır Yesoyan hərbi hospitalda müalicəsi sona çatdıqdan sonra xidmət yerinə qayıtmaqdan imtina edərək evlərinə qaçıb. Hərbi polis onun tapılması və xidmət yerinə qaytarılması ilə bağlı axtarışlar aparır.

***

Gorus rayonunda yerləşən Ermənistan ordusunun hərbi hissələrindən birində hərbi qulluqçular arasında kütləvi dava olub. Spirtli içki qəbul edən bir neçə hərbi qulluqçu arasında axşam saatlarında başlayan mübahisə sonradan kütləvi davaya çevrilib. Davaya səbəb isə hərbi qulluqçu Narik Abelyanın xidmət yoldaşlarına qarşı etdiyi nalayiq hərəkət olub. Dava nəticəsində bir neçə hərbçinin müxtəlif dərəcəli xəsarətlər aldığı, Q.Avetisyan soyadlı hərbçinin isə hospitala yerləşdirildiyi məlum olub.

10 iyul

Ermənistanın Ararat vilayətində böyük avtoqəza baş verib. Saat 02:10 radələrində İrəvan-Yerasx avtomobil yolunun 16-cı kilometrliyində 27 yaşlı Ruben Qriqoryanın idarə etdiyi "Opel" markalı avtomobillə Ermənistan Müdafiə Nazirliyinin balansında olan "UAZ Pickup" markalı avtomobil toqquşub. Toqquşma nəticəsində "UAZ Pickup" markalı avtomobil aşıb. Qəza nəticəsində 28 yaşlı X.Narek, 23 yaşlı S.Qrişa, 30 yaşlı T.Hraç, 26 yaşlı S.Seryoja və daha 1 nəfər "Erebuni" tibb mərkəzinə yerləşdirilib. Yaralılardan biri yolda huşunu itirərək ölüb. Məlumata görə, erməni hərbi qulluqçular sərxoş vəziyyətdə olublar.

12 iyul

Ermənistanın Lori vilayətində hadisə baş verib. Saat 18:50 radələrində sakinlər və Ermənistan polisinin Stepanavan bölməsinin icma polis şöbəsinin müfəttişi H.Qazaryan tərəfindən Ermənistan polisinin Stepanavan bölməsinə məlumat verilib ki, gəzinti zamanı bir qrup şəxslər onlara yaxınlaşıblar. Onlar bildiriblər ki, Stepanavan şəhər körpüsünün mərkəz hissəsində bir nəfər sakin körpünün dəmir barmaqlıqlarının təhlükə xəttini keçib və özünü aşağı atmaq istəyir. Polislər intihar etmək istəyən şəxslə bir müddət danışıqlar aparıblar və daha sonra o, bu addımı atmaqdan imtina edib və Stepanavan polis rəisinin müşayiəti ilə Ermənistan polisinin Stepanavan şöbəsinə aparılıb. Məlumata görə, intihara cəhd edən şəxs Ermənistanın Lori vilayətinin 27 yaşlı sakinidir, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir və şəxsi problemlərinə görə bu addımı atmaq istəyib.

14 iyul

İyulun 14-ü səhər saatlarında dumanlı şəraitdə təhkim edilmiş hərbi avtomobillə hərəkət edən Ermənistanın cənub-şərq istiqamətində yerləşən "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Artur Nalbandyan və sürücü Aramayis Torozyanla əlaqə kəsilib. Qeyd olunur ki, axtarış-xilastemə işləri başlayıb, lakin hələlik nəticə verməyib. Məlumata görə, rus tərəfinin vasitəçiliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə A.Nalbandyan və A.Torozyanın Azərbaycan ərazisinə keçməsi ehtimalı müzakirə edilir.

15 iyul

Ermənistanın Araqartsotn vilayətində böyük avtoqəza baş verib. Saat 04:00 radələrində Gümrü sakini, 29 yaşlı Gevorq Hakobyan idarə etdiyi “Volkswagen” markalı avtomobillə İrəvan-Gümrü avtomobil yolunun 64-cü km hissəsində yolun hərəkət zolağından çıxıb, yolun kənarında olan daşlara çırpılıb. Qəza nəticəsində sürücü Q.Hakobyan bədən xəsarətləri ilə “Talin” tibb mərkəzinə yerləşdirilib. Məlumata görə, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müqaviləli hərbi qulluqçu kimi xidmət edir.

16 iyul

İyulun 16-da Ermənistanın Qeğarkunik vilayətində böyük avtoqəza baş verib. Saat 19:50 radələrində Vanadzor şəhər sakini, 34 yaşlı M.Aren idarə etdiyi "Opel Astra" markalı avtomobillə Sevan-Martuni-Qeğap avtomobil yolunun 8.6-cı km hissəsində hələlik naməlum şəraitdə yolun hərəkət zolağından çıxıb və aşıb. Qəza nəticəsində sürücü M.Aren, sərnişinlər, Vanadzor sakinləri, 31 yaşlı M.Tatev, 7 yaşlı M.Yeva, 3 yaşlı M.Hayk, 58 yaşlı M.Zaruhi, 15 yaşlı S.Yelena, 11 yaşlı S.Hraçya və 32 yaşlı M.Davit bədən xəsarətləri ilə "Sevan" tibb mərkəzinə yerləşdiriliblər. Məlumata görə, sürücü M.Aren Ermənistan Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində ximdət edir, sərnişinlər isə onun ailə üzvləridir.

***

İyulun 16-da, saat 21:40 radələrində döyüş növbətçiliyinin yerinə yetirilməsi zamanı silahla davranış qaydalarının pozulması nəticəsində xidmət yoldaşı tərəfindən səhlənkarlıqla açılmış atəşdən Ermənistan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsinin məcburi müddətli hərbi qulluqçusu, 2001-ci il təvəllüdlü sıravi Artur Xaçatur Qazaryan ölümcül odlu silah yarası alaraq ölüb.

20 iyul

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində baş verən hadisə nəticəsində daha bir əsgər ağır xəsarət alıb. Park təsərrüfat günündə zirehli texnikaya texniki qulluq zamanı ehtiyatsızlıq səbəbindən baş verən hadisə nəticəsində 2020-ci ildə hərbi xidmətə çağırılmış 3 tabor 9-cu bölüyün əsgəri Hrayr Sarkisyanın sağ ayağı bud nahiyəsindən sınıb. Hərbi hissə komandanlığı baş verən insidenti ört-basdır etməyə çalışsa da, hadisədən xəbər tutan hərbi polis hərbi qulluqçu H.Sarkisyanın xəsarət alması faktı ilə bağlı araşdırmaya başlayıb.

21 iyul

İyulun 21-i günorta saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələrinin yaraqlılarından biri özünə sui-qəsd edib. Xidmətin çətinliyinə dözməyən hərbi qulluqçu Samvel Dadunts avtomatla özünü qarnından güllələyib. Hazırda meyitin müayinə olunması və tibbi ekspertizası aparılır.

23 iyul

İyulun 23-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin Vayk yaşayış məntəqəsində yerləşən hərbi hissəsində ölüm hadisəsi qeydə alınıb. Hərbi hissədə məsul vəzifələrdən birində xidmət edən erməni zabiti Ararat Mesropyan qəflədən ölüb. Araşdırmalar nəticəsində məlum olub ki, A.Mesropyanyın ölümünə səbəb infarkt keçirməsi olub. A.Mesropyanyın xidmət yoldaşlarının dediklərinə görə, hərbi hissə komandiri ona qarşı zorakılıq tətbiq edərək qeyri-qanuni əməllərə məcbur edirdi. Zabitlər ehtimal edirlər ki, o, məhz bu səbəbdən infarkt keçirərək ölüb.

***

Ağdərə yaşayış məntəqəsində qanunsuz erməni silahlı dəstələrinin minamyot batareyasının komandiri David Mıkırtıçyan silahlanmada istifadəyə yayarsız olan xeyli sayda mərmiləri utilizasiya etmək qərarına gəlib. Şahidlərin sözlərinə görə, mərmi ilə ilə dolu xüsusi qutuların bir ərazidən digər əraziyə daşınması zamanı xidmət yoldaşı ilə mübahisə edən hərbi qulluqçu D.Mıkırtıçyanın sağ əli qutuların arasında qalaraq sınıb.

24 iyul

Saat 05:30 radələrində Ararat vilayətinin sakini 35 yaşlı Arsen Mirzoyan idarə etdiyi “VAZ 2121” markalı avtomobillə İrəvan-Yerasx avtomobil yolunun 51-ci kilometrliyində Ararat kəndinin inzibati ərazisində yolun hərəkət zolağından çıxıb, yolun kənarında olan ağaca çırpılıb və aşıb. Məlumata görə, qəza nəticəsində sürücü A.Mirzoyan yerindəcə ölüb. Qeyd olunur ki, sürücü Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində taqım komandiri kimi qulluq edirdi.

26 iyul

İyulun 26-da, saat 22:26 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz "hərbi birləşmə"nin hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Sarkis Jirayr Qriqoryan naməlum şəraitdə ölümcül yara alaraq ölüb.

28 iyul

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 3 hərbi qulluqçusu məhv edilib, 5-i yaralanıb.

***

Ermənistanın Lori vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki erməni hərbçi yaralanıb. Hadisə iyulun 28-də yerli vaxtla sərhər saatlarında Spitak-İrəvan avtomobil yolunun 9-cu km-liyində baş verib. Məlumata görə, Şirak vilayətinin sakini, 30 yaşlı sürücü Mher Qriqoryanın idarə etidiyi BMW markalı avtomobil hərəkətin əks istiqamətindəki zolağa çıxaraq bir neçə dəfə aşıb. Nəticədə nəqliyyat vasitəsindəki 34 yaşlı Artyom Hakobyan və sürücü yaralanıb.

29 iyul

İyulun 29-u Azərbaycanın Ermənistanla dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribat törədən erməni hərbçisi yaralanıb.

***

Ermənistanın Şirak vilayətində İrəvan-Meğri avtomobil yolunun 204-cü kilometrliyində baş verən yol qəzası nəticəsində, müharibə zamanı darmadağın edilmiş “Yeğnikner” hərbi hissəsinin 27 yaşlı zabiti Aram Xaçatryan ağır yaralanıb.

30 iyul

Avtomobil qəzası nəticəsində Ermənistan silahlı qüvvələrinin üç zabitinin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı barədə məlumat ictimaiyyətdən gizlədilir. Rəhbərlik tərəfindən faktın ört-basdır edilməsi narazılığa səbəbə olduğundan, qəza barədə zabitlərin qohumları və hadisənin şahidləri sosial şəbəkələrdə paylaşımlar ediblər. Məlumatda bildirilir ki, avtomobil qəzası nəticəsində yaralanan hərbi hissənin qərargah rəisi və komandirin texnika üzrə müavini ağır vəziyyətdə hospitala çatdırılıb. Üçüncü hərbi qulluqçu isə müayinədən sonra evlərinə buraxılıb. Hadisənin şahidləri bildiriblər ki, qəzaya uğrayan avtomobil tam yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılsa da, yaralanan hərbçilərin vəziyyəti barədə heç bir rəsmi açıqlama verilmir.

***

Ermənistan ordusunda hökm sürən xaos, baş alıb gedən nizamnamədən kənar münasibətlər, özbaşınalıq, ruh düşkünlüyü səbəbindən son bir neçə gün ərzində hərbi qulluqçular arasında bir neçə özünəqəsd faktı qeydə alınıb. Hərbi hissələrin birində postda xidmət edən hərbi qulluqçu Karen Ağacanyan ona təhkim olunmuş silahdan atəş açmaqla özünə qəsd edib. Ağır vəziyyətdə hərbi hospitala çatdırılan K. Ağacanyannın nədən bu addımı atdığı araşdırılsa da, faktla bağlı Ermənistan Müdafiə Nazirliyi heç bir rəsmi məlumat vermir.

***

Son vaxtlar Ermənistan ordusunda adi hal alan faktlardan biri də rüşvətxorluqdur. Bu günlərdə hərbi hissələrdən birində ortaya çıxan rüşvətxorluq faktı böyük narazılığa səbəb olub. Ararat vilayətinin Armaş qəsəbəsində yerləşən hərbi hissədə qulluq edən hərbçilər ehtiyata buraxılmaları barədə müraciət ediblər. Hərbi qulluqçular Edqar Zavtilyan, Artur Volodyan, Qriqoru Qriqoryandan tərxis olunmaları üçün böyük miqdarda rüşvət tələb olunub. Hərbi qulluqçular hələlik hüquq mühafizə orqanlarına müraciət etməsələr də yaxın vaxtlarda ehtiyata buraxılmasalar, rüşvət tələb edən şəxs barədə hərbi prokurorluğa ərizə yazacaqları haqda komandanlığı xəbərdar ediblər.

***

Son vaxtlar Ermənistan ordusunun şəxsi heyəti arasında geniş yayılan spirtli içkilərə aludəlik səbəbindən baş verən cinayətlərin sayı artıb. Bu günlərdə Ararat şəhərində içkili vəziyyətdə nalayiq hərəkətlərə yol verən daha bir hərbçi həbs edilərək yerli polis bölməsinə aparılıb. Şəhərdəki kafelərdən birində yüksək dozada spirtli içki qəbul edən Mariam Petrosyan kafe əməkdaşalrı ilə mübahisə edib. Kafedən qovulduqdan sonra şəhər sakinlərinə qarşı nalayiq hərəkətlər edən M.Petrosyan polislər tərəfindən saxlanılıb. Bölmədə yoxlama zamanı sərxoş şəxsin hərbçi olduğu məlum olduqdan sonra o, hərbi polisə təhvil verilib.

***

İyulun 30-da Ermənistanın Ararat vilayətində avtoqəza baş verib. Saat 01:30 radələrində Norapat-Haykavan avtomobil yolunun 2-ci kilometrliyində 42 yaşlı Qeğam Manukyanın idarə etdiyi Mercedes markalı avtomobillə Qafan şəhər sakini, 42 yaşlı Lazar Qriqoryanın idarə etdiyi “Mitsubishi Galant” markalı avtomobil toqquşub.

Qəza nəticəsində L.Qriqoryanın sərnişinləri, Kotayk vilayəti sakinləri, 47 yaşlı Qriqor Harutyunyan və 21 yaşlı Vahe Harutyunyan bədən xəsarətləri alıblar və “Armavir” tibb mərkəzinə yerləşdiriliblər.

Məlumata görə, qəza nəticəsində ölən sürücülərdən biri, L.Qriqoryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarında qulluq edirdi.

31 iyul

İyulun 31-də, saat 11:30 radələrində axtarış işləri nəticəsində şimal istiqamətində yerləşən hərbi hissələrdən birinin daimi yerləşmə yerindən 2,5 km uzaqlıqda naməlum şəraitdə hərbi hissəni tərk etmiş hərbi qulluqçu, 1998-ci il təvəllüdlü Parqev Nver Marqaryanın cəsədi tapılıb. Hadisənin detallarını müəyyənləşdirmək üçün istintaq aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Yaralı   Korrupsiya  

Ermənistan ordusunda itki, yaralanma, qəza və korrupsiya hadisələri – AYLIQ HESABAT

2019/06/fed88-1561786573.jpg
Oxunub: 800     11:19     02 Avqust 2021    

Bizi "telegram"da izləyin