İrəvanda təşviş: Azərbaycan əslində nəyə çalışır?

2021/08/image-1627886604.jpg
Oxunub: 2301     15:32     02 Avqust 2021    
“Belə bir baxış yayılıb ki, Azərbaycan və Türkiyənin məqsədi türkdilli dövlətləri milli, dini zəmində birləşdirməkdir. Ermənistan buna mane olur. Əlbəttə, Ermənistan bu ölkələrin xəyal etdiyi kommunikasiyaların inkişafı üçün maneədir”.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Onlar (Türkiyə və Azərbaycan - red.) tranzitlik üçün ödəniş etmək istəmirlər, aralarındakı yük daşımalarının hər hansı başqa ölkənin gömrük nəzarəti altında olmasını istəmirlər. Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan türkdilli ölkələr olmaqdan başqa dənizə çıxışı olmayan ölkələrdir”, - deyə müəllif bildirib.

Məqalədə yazılıb ki, indi SSRİ yoxdur, lakin başqa birlik ola bilər: “İstəyirsiz türkdilli dövlətlər birliyi deyin. Nə alınır? Türkiyənin sayəsində Mərkəzi Asiya və Cənubi Qafqazın daha 6 ölkəsi dənizə çıxışı olmayan ölkələr ola bilər. Bundan hansı sinegik effekt alına biləcəyini təsəvvür etmək və ya hesablamaq indi çətindir. Lakin bu yeni birliyin iqtisadi və hərbi potensialının qısa müddətdə Avropa İttifaqını üstələyəcəyindən şübhə etməmək olar”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Azərbaycan   Türkiyə  

İrəvanda təşviş: Azərbaycan əslində nəyə çalışır?

2021/08/image-1627886604.jpg
Oxunub: 2302     15:32     02 Avqust 2021    

Bizi "telegram"da izləyin