“1in.am”: Rus-türk ticarətinin mövzusu yalnız erməni əraziləri ola bilər

2021/08/00-11-1627886399.jpg
Oxunub: 1289     15:52     02 Avqust 2021    
Rusiya prezidentinin mətbuat Peskov türk professor Həsən Ünalın Krım və Şimali Kiprin rus-türk qarşılıqlı tanınması ilə bağlı fikrinə toxunub. Göründüyü kimi, Kreml bu professorun sözünü ən azından rəsmi Ankaranın zondajı kimi nəzərdən keçirib, Peskovun reaksiyası bəlkə də bunun sübutudur.

“Hər şeydən əvvəl çətin ki, hörmətli professor rəsmi Ankaranın fikrini ifadə edir”, - deyə Peskov bildirib və beləliklə əslində işarə edib ki, ən azından zondajı mümkün hesab edirlər. Əks halda çətin ki, Kremlin mətbuat katibi səviyyəsində toxunuş olardı. Toxunuş isə imtina xarakterlidir və Kreml ideyanı Peskovun dodaqları ilə rədd edir.

Peskov Rusiyanın Krımın tanınması müqabilində Türkiyəyə razılıq verməyə və Şimali Kipri tanımağa hazır olduğunu istisna edir. O bildirib ki, Rusiyanın bölgələri ticarət mövzusu deyil və bu barədə söhbət ola bilməz.

“1in.am” nəşri yazır ki, rus-türk ticarətinin mövzusu yalnız erməni əraziləridir.

“Xüsusən Krım əməliyyatına hazırlaşan və təbii olaraq bunun nəticəsində Qərblə kəskin qarşıdurma təsəvvürünə malik olan Kreml türklərlə münasibətdə paralel olaraq “arxa”nı möhkəmləndirməyə çalışırdı. Kreml gözləyəcəkdi ki, bu, Qafqazın yarıdan çoxunda Türkiyənin təsdiq edilməsi ilə başa çatacaq? Bu cür davamı nəzərdən keçirməyin də mümkün olmadığını söyləmək və eyni zamanda düşünmək çətindir. Rusiya hər halda bu variantı nəzərə alıb və təbii olaraq bunu daha dəyərli, Krımı isə “mübahəsiz” hesab edib və Ermənistan üzərində bazarlıq edib”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə  

“1in.am”: Rus-türk ticarətinin mövzusu yalnız erməni əraziləri ola bilər

2021/08/00-11-1627886399.jpg
Oxunub: 1290     15:52     02 Avqust 2021    

Bizi "telegram"da izləyin