Ermənistanın məğlubiyyətinin qiyməti

2020/03/Untit-1585478517.jpg
Oxunub: 1078     12:30     02 Avqust 2021    
Ermənistan hökumətinin borcu/ÜDM nisbəti 2020-ci ilin sonunda qanunla müəyyənləşdirilmiş 60 faizlik astananı keçib və 63,5 faiz təşkil edib, 2021-ci ilin birinci rübünə olan məlumatlara görə, bu, artıq 70 faizə yaxındır, bu 70 faiz isə Ermənistanı borcun idarə edilməsi baxımından etibarsız bir ölkəyə çevirir.

Ermənistan iqtisadiyyatı indi birbaşa maliyyə axınları olmadan çöküşə başlaya biləcək bir vəziyyətdədir. Dövlət büdcəsi kəsirinin həcmi isə artıq müstəqillik dövrünün bütün tarixində görünməmiş ciddi bir problemdir. 2016-cı ildən sonra dövlət büdcəsinin kəsiri azalma tendensiyası göstərib. Bu tendensiya 2019-cu ildə də saxlanılıb və ÜDM-yə qarşı 1 faizə çatıb.

Lakin 2020-ci ildə müharibə və pandemiya ilə əlaqədar büdcə kəsrinin kəskin pisləşməsi qeydə alınıb, ÜDM-yə qarşı 5,4 faizə çatıb. Yəni, kəsir indeksi 5 dəfədən çox pisləşib. Üstəlik, xərclərin kəskin artması ilə əlaqədar kəsirin maliyyələşdirilməsinin əsas mənbəyi dövlət borcunun artması olub. 2019-cu ilin sonu ilə müqayisədə borc yükü 2020-ci ildə 13,4 faiz artıb və Ermənistan qanunvericiliyi ilə müəyyənləşdirilmiş bütün icazə verilən hədləri aşıb.

Yeri gəlmişkən, 2020-ci ildə xarici borc xidmətinin həcmi 164,8 milyard drama çatıb. 2021-ci ildə də bu rəqəm artacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran  

Ermənistanın məğlubiyyətinin qiyməti

2020/03/Untit-1585478517.jpg
Oxunub: 1079     12:30     02 Avqust 2021    

Bizi "telegram"da izləyin