ABŞ Hərbi Dəniz Qüvvələri elektromaqnit top layihəsindən imtina edib

2021/08/elect-1627886207.jpg
Oxunub: 692     15:46     02 Avqust 2021    
ABŞ Hərbi Dəniz Qüvvələri döyüş sursatını səs sürətindən 7 qat sürətləndirə bilən elektromaqnit silahının hazırlanmasına ayrılan maliyyə vəsaitini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defence News” nəşri yazıb.

10 ildən çox davam edən layihə çərçivəsində istehsal ediləcək elektromaqnit topunun “Zumwalt” sinif esminesə yerləşdiriləcəyi nəzərdə tutulmuşdu.

Hipersəs sürətə malik raketlərə daha çox sərmayə qoymağa başlayan ABŞ bu ilin sonunda araşdırmanın dayandırılması barədə qərar qəbul edib.

Amerikalı rəsmiləri elektromaqnit top sınaqları zamanı toplanan məlumatların Dəniz Araşdırmaları Ofisinin gələcəkdə proqramı davam etdirmək istədiyi təqdirdə saxlanılacağını bildirir.

ABŞ Hərbi Dəniz Qüvvələri silahın tədqiqat və inkişafına təxminən 500 milyon dollar xərcləyib.

Nəşr yazır ki, elektromaqnit silahlar barıt və ya başqa heç bir faktora ehtiyac olmadan elektrik enerjisi ilə sursatı atəşə tutduqları üçün çox sərfəli qiymətlərlə hipersəs sürətinə çata bilərdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ  


ABŞ Hərbi Dəniz Qüvvələri elektromaqnit top layihəsindən imtina edib

2021/08/elect-1627886207.jpg
Oxunub: 693     15:46     02 Avqust 2021    
ABŞ Hərbi Dəniz Qüvvələri döyüş sursatını səs sürətindən 7 qat sürətləndirə bilən elektromaqnit silahının hazırlanmasına ayrılan maliyyə vəsaitini dayandırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Defence News” nəşri yazıb.

10 ildən çox davam edən layihə çərçivəsində istehsal ediləcək elektromaqnit topunun “Zumwalt” sinif esminesə yerləşdiriləcəyi nəzərdə tutulmuşdu.

Hipersəs sürətə malik raketlərə daha çox sərmayə qoymağa başlayan ABŞ bu ilin sonunda araşdırmanın dayandırılması barədə qərar qəbul edib.

Amerikalı rəsmiləri elektromaqnit top sınaqları zamanı toplanan məlumatların Dəniz Araşdırmaları Ofisinin gələcəkdə proqramı davam etdirmək istədiyi təqdirdə saxlanılacağını bildirir.

ABŞ Hərbi Dəniz Qüvvələri silahın tədqiqat və inkişafına təxminən 500 milyon dollar xərcləyib.

Nəşr yazır ki, elektromaqnit silahlar barıt və ya başqa heç bir faktora ehtiyac olmadan elektrik enerjisi ilə sursatı atəşə tutduqları üçün çox sərfəli qiymətlərlə hipersəs sürətinə çata bilərdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ  


Bizi "telegram"da izləyin