“Otokar” ilk 6 ayda dövriyyəsini 64% artırıb

2021/08/OTOKA-1627886055.jpg
Oxunub: 555     14:43     02 Avqust 2021    
Türkiyənin hərbi maşınlar istehsal edən “Otokar” şirkəti 2021 -ci ilin ilk 6 ayı üçün gəlirlərini açıqlayıb.

Ordu.az xəbər verir ki, qlobal oyunçu olmaq məqsədinə doğru irəliləyən “Otokar” pandemiyanın təsirlərinə baxmayaraq böyüməyə davam edib.

Şirkət ilin ilk 6 ayında əvvəlki ilin eyni dövrünə görə dövriyyəni 64%, ixracatı isə 37% artırıb. İlk 6 ayda “Otokar”ın xalis mənfəəti 396,5 milyon lirə olub.

Məhsulları 5 qitədə 60-dan çox ölkədə fəaliyyət göstərən “Otokar” şirkətinin dövriyyəsi ilin ilk 6 ayında 1,9 milyard lirə, ixracatı 152 milton dollar olub.

“Otokar” keçən il xüsusilə Afrika ölkələri ilə imzaladığı müqavilələrlə müdafiə sahəsində ön plana çıxıb. Şirkət Afrika bölgəsinə müxtəlif taktiki təkərli zirehli maşın ixrac etmək üçün müqavilələr bağlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Otokar  


“Otokar” ilk 6 ayda dövriyyəsini 64% artırıb

2021/08/OTOKA-1627886055.jpg
Oxunub: 556     14:43     02 Avqust 2021    
Türkiyənin hərbi maşınlar istehsal edən “Otokar” şirkəti 2021 -ci ilin ilk 6 ayı üçün gəlirlərini açıqlayıb.

Ordu.az xəbər verir ki, qlobal oyunçu olmaq məqsədinə doğru irəliləyən “Otokar” pandemiyanın təsirlərinə baxmayaraq böyüməyə davam edib.

Şirkət ilin ilk 6 ayında əvvəlki ilin eyni dövrünə görə dövriyyəni 64%, ixracatı isə 37% artırıb. İlk 6 ayda “Otokar”ın xalis mənfəəti 396,5 milyon lirə olub.

Məhsulları 5 qitədə 60-dan çox ölkədə fəaliyyət göstərən “Otokar” şirkətinin dövriyyəsi ilin ilk 6 ayında 1,9 milyard lirə, ixracatı 152 milton dollar olub.

“Otokar” keçən il xüsusilə Afrika ölkələri ilə imzaladığı müqavilələrlə müdafiə sahəsində ön plana çıxıb. Şirkət Afrika bölgəsinə müxtəlif taktiki təkərli zirehli maşın ixrac etmək üçün müqavilələr bağlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Otokar  


Bizi "telegram"da izləyin