Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri İsmail Demir məlumat verib.
Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilən bu iki “Anka” yeni nəsil konfiqurasiyasındadır. Yeni nəsilin indiki “Anka-S”dən əsas fərqi qanad profilinin dəyişdirilməsidir.
“Anka-S” 250 kiloqram yükləmə qabiliyyətinə və 24 saat uçuş müddətinə malikdir. Yeni nəsil PUA-lar isə 350 kiloqram yük qaldıra və 30 saat havada qala bilir.
İndiyədək Türkiyə ordusuna 4 ədəd bu yeni nəsil “Anka” PUA-ları təhvil verilib.
Sevinc Əliyeva
Ordu.az