KTMT Mərkəzi Asiyada çox aylıq təlimlərə başlayıb

2021/06/00-22-1623059020.jpg
Oxunub: 529     12:12     02 Avqust 2021    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin qoşunları Mərkəzi Asiyada “Sərhəd-2021” genişmiqyaslı manevrlərinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazıb.

Rusiya və Mərkəzi Asiya ölkələrinin qoşunları Əfqanıstanla sərhədin müdafiəsi üçün Tacikistan hərbi poliqonlarına gəlib. Əfqanıstanla sərhəddə keçiriləcək hərbi təlimlərdə təxminən min rus hərbçisi iştirak edəcək. Təlim üç mərhələdə baş tutacaq.

Birincisi, Rusiya, Özbəkistan və Tacikistan silahlı qüvvələrinin terrorçu dəstələri məhv etmək üçün birgə əməliyyatı həyata keçirilir. İkincisi, Tacikistanı işğal edən terrorçuların məhv edilməsi, üçüncüsü isə dövlət sərhədinin mühafizəsi üzrə təlimdir.

Rusiya, həmçinin Özbəkistan-Əfqanıstan sərhədi yaxınlığındakı təlimlərə qoşun yeritməyə başlayıb, Rusiyanın Su-25 hücum təyyarələri təlimlər üçün Tacikistana uçub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Mərkəzi-Asiya  


KTMT Mərkəzi Asiyada çox aylıq təlimlərə başlayıb

2021/06/00-22-1623059020.jpg
Oxunub: 530     12:12     02 Avqust 2021    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin qoşunları Mərkəzi Asiyada “Sərhəd-2021” genişmiqyaslı manevrlərinə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşri yazıb.

Rusiya və Mərkəzi Asiya ölkələrinin qoşunları Əfqanıstanla sərhədin müdafiəsi üçün Tacikistan hərbi poliqonlarına gəlib. Əfqanıstanla sərhəddə keçiriləcək hərbi təlimlərdə təxminən min rus hərbçisi iştirak edəcək. Təlim üç mərhələdə baş tutacaq.

Birincisi, Rusiya, Özbəkistan və Tacikistan silahlı qüvvələrinin terrorçu dəstələri məhv etmək üçün birgə əməliyyatı həyata keçirilir. İkincisi, Tacikistanı işğal edən terrorçuların məhv edilməsi, üçüncüsü isə dövlət sərhədinin mühafizəsi üzrə təlimdir.

Rusiya, həmçinin Özbəkistan-Əfqanıstan sərhədi yaxınlığındakı təlimlərə qoşun yeritməyə başlayıb, Rusiyanın Su-25 hücum təyyarələri təlimlər üçün Tacikistana uçub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Mərkəzi-Asiya  


Bizi "telegram"da izləyin