ABŞ Əfqanıstan üçün yeni qaçqın proqramına başlayacaq

2021/08/downl-1627884322.jpg
Oxunub: 649     11:40     02 Avqust 2021    
Bayden administrasiyası bəzi Əfqanıstan vətəndaşlarının qaçqın olaraq ABŞ -a köçürülməsi üçün yeni proqram başladacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindəki mənbələr “Reuters” agentliyinə məlumat verib.

“Priority Two” adlı proqram ABŞ qoşunlarının geri çəkilməsinin rəsmi olaraq başa çatması ərəfəsində Əfqanıstanda döyüşlərin artması ilə əlaqədardır. “Taliban” əsas vilayət mərkəzlərini ələ keçirməyə çalışır.

Əfqanıstanda amerikalılarla əməkdaşlıq edən vətəndaşlar “Taliban” qiyamçıları tərəfindən təhdid edilir. Bayden administrasiyası onlara kömək etməyə çalışır.

Mənbələr yeni qaçqın proqramının ABŞ tərəfindən maliyyələşdirilən layihələrdə və ABŞ-da yerləşən qeyri-hökumət qurumlarında, habelə media orqanlarında çalışan əfqanları əhatə edəcəyini bildirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


ABŞ Əfqanıstan üçün yeni qaçqın proqramına başlayacaq

2021/08/downl-1627884322.jpg
Oxunub: 650     11:40     02 Avqust 2021    
Bayden administrasiyası bəzi Əfqanıstan vətəndaşlarının qaçqın olaraq ABŞ -a köçürülməsi üçün yeni proqram başladacaq.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindəki mənbələr “Reuters” agentliyinə məlumat verib.

“Priority Two” adlı proqram ABŞ qoşunlarının geri çəkilməsinin rəsmi olaraq başa çatması ərəfəsində Əfqanıstanda döyüşlərin artması ilə əlaqədardır. “Taliban” əsas vilayət mərkəzlərini ələ keçirməyə çalışır.

Əfqanıstanda amerikalılarla əməkdaşlıq edən vətəndaşlar “Taliban” qiyamçıları tərəfindən təhdid edilir. Bayden administrasiyası onlara kömək etməyə çalışır.

Mənbələr yeni qaçqın proqramının ABŞ tərəfindən maliyyələşdirilən layihələrdə və ABŞ-da yerləşən qeyri-hökumət qurumlarında, habelə media orqanlarında çalışan əfqanları əhatə edəcəyini bildirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan  


Bizi "telegram"da izləyin