Bölmələrdə ən müasir səviyyədə sosial şərait yaradılıb

2021/08/3337-1627883337.jpg
Oxunub: 691     10:43     02 Avqust 2021    
Bu gün Azərbaycan dünyada inkişaf edən iqtisadiyyata malik bir ölkə kimi tanınmaqla yanaşı, həm də müasir döyüş imkanlarına malik güclü ordusunun olması ilə də diqqəti cəlb edir. Qarşıya qoyulan istənilən tapşırığı çevik, operativ və yüksək dəqiqliklə yerinə yetirən ordumuzun olması olduqca qürurvericidir. Bütün sahələrdə olduğu kimi, Azərbaycanın ordu quruculuğunda da həyata keçirilən islahatlar müsbət nəticələr verib. Dövlətimizin nail olduğu iqtisadi inkişaf və aparılan islahatların nəticəsidir ki, ordumuzun maddi-texniki bazası möhkəmləndirilib. Hazırda Vətənimizin keşiyində dayanan hərbi qulluqçularımız üçün bölmələrdə ən müasir səviyyədə sosial şərait yaradılıb.

"N" hərbi hissəsində əsgərlərin məişət şəraiti ilə yaxından tanış olmaq məqsədilə yeməkxanaya yollandıq. Yeməkxananın dizaynı, girişdə olan müasir əlyuma yeri, səliqə-sahman, maraqlı təbiət təsvirləri, yeni mətbəx avadanlıqları və s. diqqətimizi cəlb etdi. Burada çalışanların təmiz və səliqəli geyimləri göz oxşayırdı. Əsgər yeməkxanasına gəlişimiz nahar fasiləsinə təsadüf etdiyindən şəxsi heyətin yeməkxananın qarşısında düzüldüyünün şahidi olduq. Sıra ilə düzülmüş əsgərlər komandirlərinin komandasını aldıqdan sonra baş geyimini çıxardıb ardıcıllıqla yeməkxanaya daxil oldular.

Yeməkxana ilə tanışlıq zamanı bir daha əmin olduq ki, əsgərlərin gündəlik qidalanması lazımi səviyyədədir. Burada səliqə-sahmana, təmizliyə və koronavirus pandemiyası ilə əlaqədar bütün tələblərə tam riayət edilir. Gündəlik yemək hazırlanması ilə məşğul olan işçi qadınların xüsusi geyimdə olması, izolyasiya tədbirlərinin görülməsi, xüsusi gigiyenik vasitələrdən istifadə olunması da bu qənaəti bir daha gücləndirir.

Yeməkxana növbətçisi 2013-cü ildən ordu sıralarında xidmət edən çavuş Elxan Osmanov ərzaq normalarına uyğun olaraq xörəklər hazırlandığını vurğuladı.

- Bacarıqlı aşpazlarımız menyuya uyğun olaraq milli mətbəximizin gözəl təamlarından - dolma, küftə, plov, düşbərə və s. xörəklər, həmçinin fəslə uyğun salatlar, meyvə şirələri hazırlayırlar. Bişirilən xörəklərin keyfiyyətinə ciddi nəzarət edilir, - növbətçi dedi. Çavuş E.Osmanov onu da qeyd etdi ki, əsgərlərin qidalanması ilk növbədə hərbi hissənin əvvəlcədən müəyyənləşdirilmiş menyusuna əsasən aparılır. Qidalanma zamanı əsgərlərin qidalarının kalorisinə xüsusi diqqət yetirilir. Yeməklərin hazırlanması prosesinə mülki şəxslər, əsasən də qadınlar cəlb olunublar. Bu da yeməklərin ləzzətli və keyfiyyətli olmasına gətirib çıxardır. İndi menyumuzda əsasən yay mövsümünə uyğun olan milli yeməklər bişirilir.

Şəxsi heyətin qida rasionu ilə maraqlanmaq məqsədilə aşpaz Lalə Mustafayevaya yaxınlaşdıq. Öyrəndik ki, bir neçə ildir bu hərbi hissədə işləyir və əsgərlərimizin milli xörəklərlə qidalanması işinə öz töhfəsini verir. Bu gün Azərbaycan Ordusunun və xüsusilə dağlıq ərazilərdə döyüş tapşırığını yerinə yetirən bölmələrin şəxsi heyəti yüksək kalorili qida ilə təmin olunurlar, - deyə Lalə xanım sözə başladı. - Əsgərlərimizin qida rasionuna təbii və qatılaşdırılmış süd, bal, meyvə, kartof, düyü, ət, toyuq əti, balıq, yumurta, müxtəlif növ çörək, bəzi şirniyyat növləri, təbii şirə, bostan və tərəvəz məhsulları və s. daxildir. Bundan başqa əsgərlərə hər gün tərəvəzdən hazırlanmış müxtəlif şorabalar və salatlar da verilir. Bir sözlə, şəxsi heyət üçün nəzərdə tutulmuş qida rasionu son dərəcə zəngindir. Demək olar ki, əsgərlərə milli mətbəximizdə bişən əksər yeməklər verilir. Bu isə əsgərlərimizin dözümlü və güclü olmasını şərtləndirən amildir. Burada qida təhlükəsizliyinə də çox ciddi nəzarət olunur.

Həmkarlarının fikrini təsdiqləyən aşpaz İnarə Əliyeva qeyd etdi ki, aşpazlıq sənəti xüsusi bacarıq tələb edir. “Bu sənətə həvəs adamın gərək qəlbindən gəlsin. Aşpaz əsgərlərin qidalanmasının ilk növbədə hərbi hissənin hərbi hazırlıq planı əsasında aparıldığını bildirdi. Bu gün torpağını, Vətənini qoruyan əsgərin xidmətində dayanmağın özü xidmətin ən şərəflisidir. Otuz illik torpaq həsrətimizə son qoyaraq bizlərə Qələbə sevinci yaşadan əsgərlərimizin xidmətində dayanmaqla mənəvi rahatlıq tapıram. Onların hər birini öz doğma övladım bilirəm”.

Əsgərlərin yeməklərinin keyfiyyətini öyrənmək məqsədilə onlara yaxınlaşdıq. Əsgərlər Teymur Alızadə, Urxan Verdiyev, Amil Xəlilov və Tural Məmmədov milli yeməklərin keyfiyyətindən razılıqlarını bildirdilər və ev yeməklərindən fərqlənmədiyini qeyd etdilər. Əsgərlər onu da bildirdilər ki, qabların yuyulması, yeməkxananın təmizlənməsi prosesindən tutmuş yeməklərin bişirilməsinə kimi bütün təsərrüfat işlərini mülki işçilər görür. İndi bizim öhdəmizə bir iş düşür: "Şəhid qardaşlarımızın canı bahasına azad olunan torpaqlarımızı göz bəbəyimiz kimi qorumaq, Vətənin müdafiəsində daim ayıq-sayıq dayanmaq".

Leytenant Oruc Mustafayev, "Azərbaycan Ordusu"
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan-Ordusu  

Bölmələrdə ən müasir səviyyədə sosial şərait yaradılıb

2021/08/3337-1627883337.jpg
Oxunub: 692     10:43     02 Avqust 2021    

Bizi "telegram"da izləyin