Moskvadan Paşinyana soyuq cavab

2020/07/32132-1594368148.jpg
Oxunub: 2717     18:22     31 İyul 2021    
Ermənistan və Azərbaycan arasında sərhəd toqquşmaları davam edir. İyulun 28-i saat 00:50 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb.

Ermənistan İstintaq Komitəsi bilirib ki, atışmalarda Ermənistan ordusunun 3 hərbi qulluqçusu məhv edilib, 5-i yaralanıb.

"Hayeli" nəşri yazır ki, hadisələr baş versə də, KTMT-nin bəyanatlar verməyəcəyi göz önündədir. KTMT-nin baş katibi Stanislav Zas güc tətbiqini qəbuledilməz hesab edir və əmindir ki, münaqişələrin həlli üçün yalnız siyasi-diplomatik üsullardan istifadə edilməlidir. Bundan əlavə, Zas Rusiyanın bölgədəki vəziyyəti sabitləşdirmək səylərini alqışlayıb.

Bu, əslində, KTMT baş katibinin Ermənistan-Azərbaycan sərhəddində KTMT müşahidəçilərinin yerləşdirilməsi ilə bağlı Ermənistanın Baş naziri vəzifəsini icra edən şəxsin təşəbbüsünə verdiyi cavab idi. Yeri gəlmişkən, sentyabrda Ermənistan bu təşkilata sədrlik edəcək. Kreml Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın Rusiya sərhədçilərini Ermənistan-Azərbaycan sərhəddinə yerləşdirmək fikrinə münasibət bildirməyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

Kremlin Paşinyanın təşəbbüsünə necə baxdığını soruşduqda Peskov "İrəvanla əlaqələr davam edir, əlavə edəcək bir şeyim yoxdur" deyib və bunun əvəzində Rusiyanın Ermənistan-Azərbaycan sərhədində atəşkəsin bərpası üçün böyük səylər göstərdiyini vurğulayıb. "Dünən Ermənistan-Azərbaycan sərhədində eskalasiya oldu. Bilirsiniz ki, Rusiya nümayəndələri atəşkəsin bərpası üçün böyük səylər göstərdilər, işlər davam edir, Rusiya üçtərəfli razılaşmaların tam icrasını təmin etmək üçün İrəvan və Bakı ilə təmaslarını davam etdirir".

"Yəni, indi Paşinyan ruslardan xahiş edən rolunda çıxış edir, lakin Moskvadan demək olar heç nəyi təsdiq etməyən bəyanat səslənib. Bəs Paşinyan Xaçaturovu geri çağıraraq KTMT-ni nüfuzdan salanda nə düşünürdü? İndi hansı üzlə bənzər təkliflərlə çıxış edir?", - deyə nəşr qeyd edib.

Peskovla yanaşı Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov da Paşinyanın təklifinə cavab verib. Kalaşnikov Paşinyanın bəyanatının Ermənistan-Azərbaycan sərhədində KTMT müşahidəçilərinin yerləşdirilməsinə aid olan hissəsinə münasibət bildirib. "Bu təhlükəsizlik məsələləri daha çox səssiz şəkildə həll olunur, bəzən siyasi xal qazanmaq lazım gəldikdə mətbuatda açıqlamalar verilir".

Dövlət Dumasının deputatı həmçinin KTMT-nin Ermənistan-Azərbaycan sərhədinə müşahidəçi göndərilməsinə razılıq verəcəyinin çətinliyinə də işarə edərək Ermənistanın KTMT üzvü olduğunu və Paşinyanın təşkilatın üzv dövlətlərinin mövqeyini anladığını qeyd edib. Onun sözlərinə görə, məsələ çox mürəkkəbdir, ilk növbədə bunu üç lider - Putin, İlham Əliyev və Paşinyan həll etməlidir.

Moskvada Ermənistan-Azərbaycan sərhədində baş verənləri yaxından izləyirlər. Rusiya Prezidenti Təhlükəsizlik Şurasının iclasını keçirib və bu iclasda Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət də müzakirə edilib.

Rusiya mətbuatı sərhəddə baş verən toqquşmalarla əlaqədar İrəvan və Bakının verdiyi açıqlamaları fəal şəkildə işıqlandırır. Rusiya qəzetləri və telekanalları, rəsmi Moskvanın ən azından nəzəri olaraq bitərəfliyi qorumağa çalışdığı kimi, yeni Ermənistan-Azərbaycan qarşıdurmalarını işıqlandırarkən ənənəvi bitərəfliyi qorumağa çalışırlar.

Yeri gəlmişkən, dünən Peskovdan Kremlin NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimləri və Azərbaycanın bu təlimlərdə iştirakını necə şərh etdiyi soruşulub. Rusiya prezidentinin mətbuat katibi bildirib ki, Azərbaycan suveren dövlətdir və Moskva Bakı ilə münasibətlərə əhəmiyyət verir. "Bunlar tərəfdaş münasibətləridir və bu münasibətlərin gələcək inkişafı üçün ümumi siyasi iradə var", - bu gün Peskov deyib və eyni zamanda əlavə edib: "Əlbəttə, bizim üçün vacibdir ki, bənzər hərbi təlim ssenarilərində ölkəmizə qarşı hansısa gizli fəaliyyətlər olmasın. Lakin hərbi təlimlər ssenarisi NATO-da hazırlanır, ittifaq isə əsas rəqibin kim olduğunu gizlətmir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Moskva   Paşinyan  

Moskvadan Paşinyana soyuq cavab

2020/07/32132-1594368148.jpg
Oxunub: 2718     18:22     31 İyul 2021    

Bizi "telegram"da izləyin