Ukrayna şirkətindən 200 milyon dollarlıq R-27 raketləri sifariş verilib

2021/07/R-27--1627714640.jpg
Oxunub: 970     16:30     31 İyul 2021    
Ukraynada yerləşən “Artem Holding” şirkətindən orta mənzilli R-27 raketləri sifariş verilib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

200 milyon ABŞ dolları dəyərində olan raketlərin kim tərəfindən sifariş verildiyi barədə məlumat verilməyib.

Mətbuatda sözügedən müştərinin Hindistan və ya İndoneziya olması barədə məlumatlar yayılıb.

R-27 Rusiyanın “Vimpel” dizayn bürosu tərəfindən hazırlanan və Ukraynanın “Artem” müəssisəsi tərəfindən istehsal edilən “hava-hava” raketləri ailəsidir.

MiQ-29, MiQ-31, Su-27, Su-30, Su-33, Su-34 və Su-35 kimi dördüncü nəsil döyüş təyyarələrinin istifadə edilən R-27 raketlərinin uçuş məsafəsi 50-110 kilometr arasında dəyişir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Artem-Holding  


Ukrayna şirkətindən 200 milyon dollarlıq R-27 raketləri sifariş verilib

2021/07/R-27--1627714640.jpg
Oxunub: 971     16:30     31 İyul 2021    
Ukraynada yerləşən “Artem Holding” şirkətindən orta mənzilli R-27 raketləri sifariş verilib.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

200 milyon ABŞ dolları dəyərində olan raketlərin kim tərəfindən sifariş verildiyi barədə məlumat verilməyib.

Mətbuatda sözügedən müştərinin Hindistan və ya İndoneziya olması barədə məlumatlar yayılıb.

R-27 Rusiyanın “Vimpel” dizayn bürosu tərəfindən hazırlanan və Ukraynanın “Artem” müəssisəsi tərəfindən istehsal edilən “hava-hava” raketləri ailəsidir.

MiQ-29, MiQ-31, Su-27, Su-30, Su-33, Su-34 və Su-35 kimi dördüncü nəsil döyüş təyyarələrinin istifadə edilən R-27 raketlərinin uçuş məsafəsi 50-110 kilometr arasında dəyişir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Artem-Holding  


Bizi "telegram"da izləyin