İsrailə 18 ədəd CH -53K ağır yük helikopterinin satışına razılıq verilib

2021/07/helic-1627713915.jpg
Oxunub: 826     15:23     31 İyul 2021    
ABŞ Dövlət Departamenti cümə günü İsrailə 18 ədəd CH -53K ağır yük helikopterlərinin potensial satışına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

İcrasına razılıq verilən müqavilənin ümumi dəyəri 3.4 milyard dollardır.

Müqaviləyə mühərriklər, naviqasiya sistemləri, silahlar, dəstək avadanlıqları, ehtiyat hissələri və texniki dəstək daxildir. “Lockheed Martin” və “General Electric” müqavilənin əsas podratçılarıdır.

Açıqlamada qeyd olunur ki, Amerika Birləşmiş Ştatları İsrailin təhlükəsizliyinə sadiqdir. ABŞ-ın milli maraqlarının İsrailə güclü və hazır özünümüdafiə qabiliyyətini inkişaf etdirməsinə, saxlamasına kömək etməsi həyati əhəmiyyət kəsb edir.

“Sikorsky Aircraft” şirkəti tərəfindən hazırlanmış CH-53K “King Stallion” ağır nəqliyyat və yük helikopteri 2015-ci ildə təqdim edilib.

Agentlik mümkün satışlar barədə Konqresə məlumat verib. Dövlət Departamenti tərəfindən təsdiqlənməsinə baxmayaraq, bu, müqavilə imzalandığını və ya danışıqların başa çatdığını göstərmir. Müqavilə Konqres tərəfindən təsdiqlənməlidir.

Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi Pentaqona tabe qurumdur. Bu qurum xaricə hərbi texnika, silah təchizatı, ABŞ və digər silahlı qüvvələr arasında təmasların təşviqi və Vaşinqtonun xarici müdafiə tərəfdaşlarına maliyyə və texniki yardımlar barədə hökumətlərarası müqavilələrin təmin edilməsinə cavabdehdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   İsrail   CH-53K  

İsrailə 18 ədəd CH -53K ağır yük helikopterinin satışına razılıq verilib

2021/07/helic-1627713915.jpg
Oxunub: 827     15:23     31 İyul 2021    

Bizi "telegram"da izləyin