Türkiyənin və Əfqanıstanın müdafiə nazirləri arasında telefon danışığı olub

2021/07/thumb-1627663063.jpg
Oxunub: 752     20:33     30 İyul 2021    
Türkiyənin müdafiə naziri Hulusi Akar Əfqanıstanın müdafiə naziri Bismillah Xan Məhəmmədi ilə telefonla danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb

Nazirlər ikitərəfli münasibətlər, regional təhlükəsizlik və Həmid Kərzai adına Beynəlxalq Hava Limanı ilə bağlı fikir mübadiləsi aparıblar.

H.Akar Türkiyə ilə Əfqanıstanın tarix boyu qarşılaşdıqları çətinliklər qarşısında həmrəylik nümayiş etdirdiklərini, Türkiyənin uzun müddətdir əfqanıstanlı qardaşlarının sülh və təhlükəsiz şəraitdə yaşamaları üçün fəaliyyətlərini davam etdirdiklərini vurğulayıb.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın “əfqan xalqı istədiyi zamana qədər Türkiyə onların yanında olacaq” fikirlərini xatırladaraq Əfqanıstanda sülh prosesinin vacib olduğunu ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Əfqanıstan  


Türkiyənin və Əfqanıstanın müdafiə nazirləri arasında telefon danışığı olub

2021/07/thumb-1627663063.jpg
Oxunub: 753     20:33     30 İyul 2021    
Türkiyənin müdafiə naziri Hulusi Akar Əfqanıstanın müdafiə naziri Bismillah Xan Məhəmmədi ilə telefonla danışıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb

Nazirlər ikitərəfli münasibətlər, regional təhlükəsizlik və Həmid Kərzai adına Beynəlxalq Hava Limanı ilə bağlı fikir mübadiləsi aparıblar.

H.Akar Türkiyə ilə Əfqanıstanın tarix boyu qarşılaşdıqları çətinliklər qarşısında həmrəylik nümayiş etdirdiklərini, Türkiyənin uzun müddətdir əfqanıstanlı qardaşlarının sülh və təhlükəsiz şəraitdə yaşamaları üçün fəaliyyətlərini davam etdirdiklərini vurğulayıb.

Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın “əfqan xalqı istədiyi zamana qədər Türkiyə onların yanında olacaq” fikirlərini xatırladaraq Əfqanıstanda sülh prosesinin vacib olduğunu ifadə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Əfqanıstan  


Bizi "telegram"da izləyin