NATO təlimlərinə veto qoyan Ermənistanla bağlı nə ediləcək?

2021/07/01-53-1627469833.jpg
Oxunub: 3131     17:38     28 İyul 2021    
Bu yaxınlarda NATO-nun çoxmillətli hərbi təlimlərində iştirak edən Amerika bölüklərinə aid hərbi texnikanın ilk partiyası Gürcüstana gəlib.

ABŞ Silahlı Qüvvələrinin 173-cü desant briqadası və 18-ci hərbi polis briqadasına məxsus avadanlıqlar Rumıniyanın Konstança şəhərindən Poti limanına gətirilib. “Agile Spirit 2021” adlı hərbi təlim iyulun 26-da başladı.

Bu təlimlərdə NATO üzvünü və 16 tərəfdaş ölkəni təmsil edən 2000-dən çox hərbçi iştirak edir. Gürcü mənbələrinin məlumatına görə, hərbi təlimlərdə iştirak edən ABŞ hərbçilərinin sayı 700 nəfərdir. Təlimin iştirakçıları arasında Türkiyə və Azərbaycan da var. Məlum olduğu kimi, Ermənistan bu mühüm tədbirdə əvvəlki illərdəki kimi iştirak etməyəcək.

Əvvəlcə “Agile Spirit” təlimləri barədə danışaq. 2011-ci ildən təsdiq edilmiş, hər il keçirilən “Agile Spirit” Gürcüstan-ABŞ hərbi təlimlərinin keçirilməsinin hüquqi əsası 2009-cu ilin yanvarından qüvvədə olan ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığı Xartiyası idi. Bu sənədlə ABŞ Gürcüstanın təhlükəsizliyini, müdafiə qabiliyyətini və digər NATO qüvvələri ilə iş birliyinin effektivliyini artırmağı öhdəsinə götürdüyünə görə, bu həcmdə illik hərbi təlimlərə ehtiyac qalırdı.

2012-2013-cü illərdə “Agile Spirit” artıq NATO-nun bütün üzv və tərəfdaş ölkələrinin iştirak edə biləcəyi çoxmillətli bir hərbi təlim statusuna sahib idi. Lakin Rusiya tərəfindən Ukraynanın Krım bölgəsinin ilhaq edilməsindən sonra Şimali-Atlantik İttifaqının 2014-ü ildə Nyuportda baş tutan zirvə görüşü zamanı Gürcüstan üçün “Obyektiv NATO-Gürcüstan paketi” qəbul edildi və Birləşmiş Ştatların təklifi ilə “Agile Spirit” hərbi təlimləri NATO tərəfindən həyata keçirilən əlavə səy kimi NATO-Gürcüstan Komissiyasının institusional tabeçiliyi və hesabatı altına qoyuldu.

2016-cı ildə Gürcüstana verilmiş dəstəklə bağlı Ağ Evin saytında təqdim olunan hesabatda oxuyuruq ki, Birləşmiş Ştatlar “Agile Spirit” təlimlərini NATO-ya biləşdirib. NATO-Gürcüstan Komissiyasında həyata keçirilmiş 2015-2016-cı illər tədbirləri arasında isə “Agile Spirit” Gürcüstan-ABŞ çoxmillətli hərbi təlimləri NATO-nun hərbi təlimləri kimi təqdim olunub. Bu münasibətlə Çexiyanın Ermənistandakı səfiri Bedrix Kopeçkinin İrəvanda verdiyi son açıqlama yayaddaqalan oldu. Səfir açıqlamasında NATO-nun Ermənistanla əməkdaşlıq üçün hazır olduğunu, lakin İrəvanın hansı sahələrdə əməkdaşlığa hazır olması ilə bağlı təşəbbüsün Ermənistandan tərəfindən olmalı olduğunu bildirdi.

Ermənistan-NATO əməkdaşlığı üçün hərbi sahədə iş yenilik deyil. Bu iş 2000-ci ilin əvvəlində kifayət qədər intensiv xarakter daşıyıb, o vaxt Rusiya Qərbə qarşı çıxma siyasətini qəbul etməmişdi, hətta Rusiya prezidenti Putin belə Rusiyanın NATO üzvü olmasının mümkünlüyü haqqında danışırdı. Əlbəttə, indi bunların taktiki sözlər olduğu şübhə doğurmur, lakin ümumiyyətlə Qərb-Rusiya tərəfdaşılğı həm də Ermənistanın NATO ilə işinin səmərəliliyində əks olunub. Hər şey soyuq müharibə məntiqindən tərs getməyə başladı, xüsusən 2012-13-cü illərdən sonra Rusiya və NATO açıq şəkildə bir-birlərinə düşmən və təhdid kimi baxmağa başladılar.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   NATO   Veto  

NATO təlimlərinə veto qoyan Ermənistanla bağlı nə ediləcək?

2021/07/01-53-1627469833.jpg
Oxunub: 3132     17:38     28 İyul 2021    

Bizi "telegram"da izləyin