ABŞ və Fransa Rusiyanın Qarabağdakı sülhməramlı varlığını tanımağa nə qədər hazırdır?

2020/12/5545-1608969968.jpg
Oxunub: 841     14:57     28 İyul 2021    
ABŞ, Fransa və Rusiya arasında Qarabağ məsələsində yeni vəziyyətin gələcək inkişafı ətrafında müzakirələrin mövcudluğu şübhəsizdir. Vaşinqtonda Blinken-Lö Drianın ABŞ-Fransa Xarici İşlər nazirləri formatında görüşündən sonra Minsk qrupunun üç həmsədri Şefer, Viskonti və Popovun Moskvada Rusiya Xarici İşlər nazirinin müavini ilə görüşməsi faktı bu barədə danışır.

Mosvada Rusiya və Azərbaycan prezidentlərinin görüşündən sonra Rusiya prezidentinin mətbuat katibinin Rusiyanın Avropa İttifaqının Qafqazda sülhü təşviq etmək səylərini alqışlayacağını bildirməsi bunu sübut edir.

Maraqlıdır ki, bundan sonra Moskva Avropa İttifaqının hazırlığını alqışlayır. Avropa ittifaqı Ermənistana 1 milyard dollarlıq yardım paketi təklif edir. Bu müzakirələr Rusiya üçün nə deməkdir? Moskva Türkiyənin artan nüfuzunun qarşısını almaq Qafqaz məsələlərində Minsk qrupunun həmsədrləri modelinə qayıda bilər?

Bu, əlbəttə ki, çətin bir vəziyyətdir, çünki, Fransa ilə müzakirələr Türkiyə və Azərbaycan tərəfindən xoş qarşılanmır. Ümumiyyətlə Ərdoğan Qərblə danışıqlarda maraqlı deyil. Türkiyə prezidentinin Şimali Kiprlə bağlı açıqlamaları da bunu sübut edir.

Ankara 3 + 3 regional idarəetmə formatı əvəzinə Minsk qrupu həmsədrlərinin intensivləşməsini nəzərə alaraq “üçü qarşısında biri” formatını ala bilər. ABŞ və Fransa Rusiyanın Qarabağdakı sülhməramlı varlığını tanımağa nə qədər hazırdır? Bu isə Moskva üçün əsas məsələdir.

Aqil Məmmədov  
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Fransa   Rusiya   Qarabağ  

ABŞ və Fransa Rusiyanın Qarabağdakı sülhməramlı varlığını tanımağa nə qədər hazırdır?

2020/12/5545-1608969968.jpg
Oxunub: 842     14:57     28 İyul 2021    

Bizi "telegram"da izləyin