“Danışıqlar masasına qoyulmuş sənəd var” - Abrahamyan

2021/07/unnam-1626517673.jpg
Oxunub: 927     14:11     28 İyul 2021    
“Ermənistan Müdafiə Nazirliyinin açıqlamalarından məlum olur ki, Moskvada planlaşdırılmış danışıqlar olub, lakin sərhəddə atışmalar başlayıb”.

Ordu.az xəbər verir ki, bunu Erməni hərbi ekspert Tiqran Abrahamyan “Facebook” səhifəsində yazıb.

“Əslində bu, Azərbaycanın hansı addımları atmağa hazır olduğunu başa düşmək üçün vacib detaldır.

Belə çıxır ki, danışıqlar masasına qoyulmuş sənəd var”, - deyə o qeyd edib.

Azərbaycan Xarici İşlər naziri bildirib ki, Bakı Ermənistandan sülh müqaviləsi imzalamaq təklifləri və dövlət sərhədinin müəyyənləşdirilməsi prosesinə başlamaqla bağlı hələ cavab almayıb.

Abrahamyan qeyd edir ki, Ermənistan səlahiyyətliləri sərhədlərin demarkasiyası haqqında danışıblar, lakin Azərbaycanın təklifi, yəni sülh müqaviləsi imzalamaq haqqında heç nə demirlər.

“Vasitəçilər və ya birbaşa olaraq Azərbaycan tərəfindən Ermənistan səlahiyyətlilərinin masasına hansısa təklif qoyulubsa, bu barədə danışmalıdırlar. Bənzər təklif olmayıbsa, müzakirə edilməyibsə, bu təkzib edilməli idi. Bu mövzu başqa nöqteyi-nəzərdən də vacibdir. Bakıdan səslənən bəyanatlar dolayı formada göstərir ki, özləri üçün arzuolunan sənədi almaq üçün Ermənistana təzyiqlər göstərirlər”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   MN   Moskva  

“Danışıqlar masasına qoyulmuş sənəd var” - Abrahamyan

2021/07/unnam-1626517673.jpg
Oxunub: 928     14:11     28 İyul 2021    

Bizi "telegram"da izləyin